Icma.az
close
up
RU
Partiya sədri DGK rəhbərini “topa” tutdu: “Komitə ləğv edilməlidir”

Partiya sədri DGK rəhbərini “topa” tutdu: “Komitə ləğv edilməlidir”

Icma.az, Tribuna saytına istinadən bildirir.

REAL partiyasının sədri Natiq Cəfərli Dövlət Gömrük Komitəsinin sədri Şahin Həsənovu tənqid edib.

Tribunainfo.az bildirir ki, o, öz yazısında bütün məmurlara da müraciət edərək, onlarddan əhaliyə hörmət etməyi tələb edib.

Cəfərli bildirib ki, DGK sədrinin elktromobillərlə bağlı verdiyi açıqlama məntiqszidir. “Müstəqil qurum olması lazımsız olan Gömrük Komitəsinin sədri Şahin Bağırov belə bir açıqlama verib ki, elektromobillərə ƏDV-nin tətbiqi yerli elektrik avtomobil istehsalına bu və ya digər formada müsbət təsir edəcək. Voronej İqtisad institutunun, Rusiya Gömrük Akademiyasının məzunu olan Şahin müəllim məntiqi ayaq altına qoyub tapdalayır, ümid edirəm ki, bunu qəsdən etmir”.

O daha sonra vurğulayıb ki, bu yanaşma nəinki doğru deyil, həm də heç bir məntiqə sığmır. “Deməli, ölkəyə 10 aya 1700 elektromobil gəlib, deyir ki, bu azdır, ona görə də ƏDV tədbiq edib 18% qiymətini artırırıq. Qiymətlər 18-20% artacaqsa, deməli elektromobillərə maraq da azalacaq, elə deyilmi?! Əgər dövlətin istəyi marağı ARTIRMAQ, ekoloji təmiz elektromobillərin gətirilməsini, satışını stimullaşdırmaqdırsa, deməli ƏDV ləğvi ilə yanaşı, digər təşviq addımları da atır ki, satış çoxalsın. Məsələn, bir çox AB ölkələrində elektromobil alanlar nəinki vergilərdən azad edilir, həm də dövlət onlara dəyərin bir qismini (10-20% arası) ödəyir ki, maraq ARTSIN. Şahin müəllim deyir ki, maraq azdır (halbuki bu maraq məsələsi deyil, alıcılıq qabiliyyəti və şarj infrastrukturunun azlığı məsələsidir), indi biz ƏDV tədbiq edəcəyik ki, maraq daha da azalsın! Fantastik məntiqdir!”

Cəfərli Şahin Həsənovun bir başqa fikrini də müzakirə edib.. “Daha sonra Şahin müəllim deyir ki, ƏDV tədbiqi daxildə, ölkəmizdə elektromobil istehsalını stimullaşdıracaq – ay müəllim, ölkəmiz nəinki elektromobil, TV pultuna taxılan batareyka belə istehsal edə bilmir, bunu bacarmır, bu bəyanatınız insanların ağlı ilə oynamaq deyilmi?! 15 ildir deyirik, bir daha təkrar edək: Gömrük Komitəsinin ayrıca bir müstəqil dövlət qurumu kimi qalması iqtisadiyyata zayan vurur, ləğv edilməli, ya Maliyyə, ya da İqtisadiyyat nazirliyinin tərkibində departament kimi fəaliyyət göstərməlidir. Gömrük Komitəsində Rusiyadan gələn hərbiləşdirilmiş (hamısının rütbəsi var – niyə?) gömrük sistemi kökündən dəyişdirilməlidir”.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Noyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri