Icma.az
close
up
RU
Partiya sədri DGK ni TOPA TUTDU “88 itdən qabaq öz əhalisini düşünməlidir”

Partiya sədri DGK ni TOPA TUTDU “88 itdən qabaq öz əhalisini düşünməlidir”

Icma.az, Yenicag saytına istinadən bildirir.

“Dövlət Gömrük Komitəsi 88 itdən qabaq öz əhalisini düşünməlidir”.

Bunu Yenicag.az-a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı bildirib.

O, Dövlət Gömrük Komitəsinin (DGK) itlər üçün quru yemin, həmçinin baxım ləvazimatları, aksesuarları və avadanlıqlarının satın alınması məqsədi ilə elan etdiyi açıq tenderə münasibət bildirib.

T. Abbaslı xatırladıb ki, Hesablama Palatası dövlət büdcəsindən ayrılan pulların səmərəli istifadəsini yoxlayan bir qurumdur:

“Bu və digər formada Hesablama Palatası satınalmaları və xərcləmələri yoxlayıb cəmiyyətə və aidiyyəti qurumlara məlumat verməlidir. İndi, əgər bir it üçün 241.5 kq. ət hesablanırsa, bu gün ərzində bir it üçün təqribi 660-700 qr. ət deməkdir. İnsanlararası iqtisadi vəziyyətin gərgin olması, yaşama şəraitinin zəif olması isə belə mövzular üzrə əhalidə qınaq yaradır. Bizim cəmiyyətdə inhisar və məmurlar haqqında böyük neqativ fikir formalaşıb. İstənilən bir çox məsələdə insanlarımız korrupsiya və yeyinti hallarını müşahidə edirlər”.

Partiya sədri qeyd edir ki, həyat şəraiti baxımdan baxsaq, insanların söylədiyi fikirləri haqlı hesab etmək olar:

“İnternet dövrü olduğu üçün artıq insanlar arasında bir çox məsələləri müqayisə etmək asandır. Belə bir müqayisələrin olmaması üçün əhali qrupunda olan tələbə, təqaüdə çıxan şəxs, qazı, eləcə də əlil olan insanlar daha çox düşünülməlidir. Başqa ölkələrə nəzər salsaq, burada eyni xidmət və eyni satınalmalar üzrə təqribi nə qədər məbləğ başa gəlirsə, biz bunları müqayisələndirib ortaya müəyyən bir məbləğ çıxara bilərik. Bu rəqəmlər, satınalmalar, bu ətlərin qiymətləri standartlara uyğun olsa belə, insanlarımız yenə də eyni fikri bildirəcəklər. Çünki sosial vəziyyətdə bəzi çətinliklər olduğu üçün insanlar bunda qəzəbli olurlar. Burada əsas məsələ odur ki, DGK başda olmaqla, bir sıra strukturlarda çalışan şəxslər cəmiyyətin belə reaksiyalarından müəyyən mənada əsaslı dərs çıxarmalıdırlar”.

Qeyd edək ki, bu gün yayılan məlumatlarda Dövlət Gömrük Komitəsinin itlər üçün quru yem (21.249,6 kq), xalta üçün ip (88 ədəd), xalta (88 ədəd), oyuncaq top (176 ədəd), itlərin yemlənməsi və su içməsi üçün qab (176 ədəd) alacağı qeyd olunub.

Sözügedən məhsullar üçün Dövlət Gömrük Komitəsi 223 min 237 manat 12 qəpik ödəməyi nəzərdə tutub.

Xatırladaq ki, DGK ötən il 8 min 96 manat ödəyərək quru it yemi istisna olmaqla adları qeyd olunan digər məhsulları satın almışdı.

Nəzrin Bünyatova

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 14 Mart 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri