Icma.az
close
up
RU
Partiya sədri: “Naxçıvan Muxtar Respublikasının statusu ləğv olunmalıdır”

Partiya sədri: “Naxçıvan Muxtar Respublikasının statusu ləğv olunmalıdır”

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu il ölkəmizdə referendum seçkilərinin keçirilməsi gözlənilir. 
Bu il referendum keçirilərsə, Azərbaycan Konstitusiyasında hansı dəyişikliklər ola bilər?
Mövzu ilə bağlı Ağ Partiyanın rəhbəri Tural Abbaslı Demokrat.az-a açıqlamasında bildirib ki, bu qərar simvolik məna daşıyır:
“Bu il həm Konstitusiya qəbulunun 30 illiyi, həm də İkinci Qarabağ müharibəsinin zəfərinin beşinci ilidir. Ona görə də belə bir qərar verildi ki, 2025-ci ildə həm suverenlik, həm də Konstitusiya ili qəbul olunsun. Məncə, bunun simvolik mənası da var. Belə illərin qeyd olunması məncə dövlətçilik üçün də mənəvi baxımdan lazımlıdır. 
Referendum məsələsinə gəldikdə isə artıq 3 ildən çoxdur ki, Konstitusiyanın dəyişilməsi ilə bağlı söhbətlər gedir. Demək olar ki, ictimai-siyasi xadimlər bununla bağlı platformalarda öz fikirlərini bildiriblər. Bu zamanın tələbidir əslində. Zaman-zaman bəzi ölkələrdə əsas qanunvericilik sənədi olan Kontitusiyalarda dəyişikliklər olur. Azərbaycanda da bir neçə dəfə müəyyən maddələr dəyişdirilib.  
Düşünürəm ki, Azərbaycanda da buna ehtiyac var. Ən azından parlamentin say tərkibinin artırılmasına ehtiyac var. Əhalimizin sayı da artıb. Çünki əhalinin sayı  7 milyon olan zaman 125 deputatla artıq 10 milyona kifayət deyil”.
T.Abbaslı proporsional seçki sisteminin bərpası önəmli olduğunu da qeyd edib:
“Çünki çox partiyalı sistemin yaşaması üçün, ümumiyyətlə siyasi camianın ayaqda qala bilməsi üçün, peşəkar siyasi münasibətlər sisteminin formalaşması üçün propersional sistem əvəzolunmazdır.  
Nəzər salsaq görərik ki, dünyada çox az sayda ölkə majoritar sistemdə seçki keçirir. Cənubi Qafqazda isə bu seçkini keçirən ölkə təkcə bizik. 
Bundan əlavə düşünürəm ki, Naxçıvanın da artıq Muxtar Respublika statusu özü əhəmiyyətini itirib. Konstitusiyanın əsas maddələrindən biri olan Azərbaycan dövlətinin formasının unitar dövlət  olduğu qeyd olunub. Unitar dövlətlərdə muxtar respublikalar, federasiyalar olmur. 
Düşünürəm ki, Naxçıvan Muxtar Respublikasının da statusu ləğv olunmalıdır. İstənilən halda Konstitusiyanın dəyişdirilməsinə ehtiyac var. Bu dəyişiklik ictimai müzakirələrlə aparılmalıdır. Dəyişiklik ediləcək maddələr ən azı iki aydan öncə mediaya, siyasi partiyalara təqdim olunmalıdır. Sonra da təbii ki, referenduma çıxarılıb, məsələ qəbul olunmalıdır.  
Ümid edirəm ki, bələdiyyə seçkilərindən sonra bu məsələyə başlamaq olar”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Yanvar 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri