Icma.az
close
up
RU
Partiya sədri Qarabağ səfərindən DANIŞDI

Partiya sədri Qarabağ səfərindən DANIŞDI

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə Zəngilan və Cəbrayıla etdiyimiz səfər möhtəşəm idi".

Bu sözləri Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu "Cebheinfo.az"-a açıqlamasında deyib.

O, səfərin unudulmaz keçdiyini bildirib:

"Bu səfər hər bir iştirakçıda, o cümlədən də məndə heç bir zaman unulmayacaq izlər buraxdı və yaddaşımıza həkk olundu. Bəlkə də bu günə qədər yaşadığım və gördüyüm ən gözəl mənzərə idi.

Həm Cəbrayıl, həm də Zəngilanda gördüklərimiz qarşısında fərəh və qürur hissləri keçirdik. Mən həmin səfər çərçivəsində istər zəngilanlı, istər cəbrayıllı soydaşlarımızın öz dədə-baba yurdlarında necə xoşbəxt, sevinc və hüzur içində yaşadıqlarını gördüm".

Partiya sədri Cəbrayıl və Zəngilanda aparılan quruculuq işlərindən də danışıb:

"Mən Cəbrayıl və Zəngilanda cənab Prezident İlham Əliyevin apardığı “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən işləri gördüm.
Həmin ərazilərdə mükəmməl şəkildə abadlıq və quruculuq işləri həyata keçirilir. Erməni işğalı dövründə xarabalığa çevrilmiş yerlərə yenidən həyat qayıdır.

Ümumiyyətlə, insanların uzun illər həsrətində qaldığı torpaqlarda bir-biri ilə mehriban və xoşbəxtlik içində yaşaması çox qürurvericidir".

O qeyd edib ki, belə səfərlər siyasi partiyalar arasında əməkdaşlığın da inkişafına səbəb olur:

"Belə birgə səfərlər zamanı siyasi partiyalar arasında dialoq və əməkdaşlıq mühiti formalaşır. Həmçinin, bu, həm də iqtidarla müxalifət arasında da münasibətlərin inkişafı baxımından olduqca əhəmiyyətli və təqdirəlayiq addımdır.

Bir daha fürsətdən istifadə edərək Qarabağın belə möhtəşəm şəkildə yenidən qurulmasına görə başda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, habelə torpaqlarımızın işğaldan azad olunması uğrunda canından və qanından keçən bütün qəhrəmanlarımıza təşəkkür edirəm. Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur".

Xatırladaq ki, sözügedən səfər sayca işğaldan azad olunmuş ərazilərə 7-ci səfər idi. Zəngilan və Cəbrayıla səfərdə ümumilikdə, 70-dən artıq şəxs - 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları, eləcə də digər jurnalistlər iştirak ediblər. 

Elmir Mustafa 
"Cebheinfo.az"

Açar sözlər: Zəngilan Cəbrayıl səfər Ağasif Şakiroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 İyun 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see467

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see269

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see249

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see235

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see234

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see233

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see229

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see220

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see213

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see208

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see207

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see205

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see199

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see196

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see196

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see192

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see188

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see186

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri