Icma.az
close
up
RU
Partiya sədri: Sülh sazişi 2026 cı ildə mümkündür

Partiya sədri: Sülh sazişi 2026 cı ildə mümkündür

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

 Azərbaycanın əlavə problemi yoxdur, top Ermənistanın meydanında

 Azərbaycan gələn il Ermənistanla sülh sazişini imzalamağa ümid edir. Bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov Cenevrədə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, 2025-ci il bütün Cənubi Qafqaz, xüsusilə də Azərbaycan üçün tarixi mərhələ kimi yadda qalacaq: "Çünki tərəflər “təxminən otuz illik münaqişə və qarşıdurmadan sonra” nəhayət ki, rəsmi sülh sazişinə yaxınlaşıblar. Vaşinqtonda avqust ayında keçirilən sammit hər iki tərəfin sülh müqaviləsinə riayət etmək niyyətini, bütün ölkələrin səhifəni çevirmək və regional inkişafda yeni bir fəsil başlamaq istəyini təsdiqlədi. Sülh müqaviləsini yekunlaşdırdıq. Gələn il də vacibdir; ümid edirik ki, Ermənistanla sülh müqaviləsini rəsmiləşdirəcəyik".

Ermənistanın Baş naziri Nikol Paşinyan da deyib ki, Azərbaycanla sülh bərqərar olub. Baş nazir qeyd edib ki, indi onların vəzifəsi sülhü dəstəkləmək, gücləndirmək və təsis etməkdir: "Ermənistanla Azərbaycan arasında etimad hətta bir millimetr artdıqda 10 santimetrlik praktik irəliləyişlə nəticələnir. Bu, sadə, şərti bir düsturdur, amma bu məsələ ilə bağlı təəssüratımı bölüşmək istəyirəm. Demək istəyirəm ki, bu gün sülh perspektivləri ilə bağlı, məsələn, 15-20 avqust 2025-ci il tarixlərindən daha çox nikbinəm, baxmayaraq ki, o vaxt da əvvəlkindən daha nikbin idim".

Ədalət Partiyasının sədri Mütəllim Rəhimov Sherg.az-a açıqlamasında deyib ki, bu il avqustun 8-də Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündə sülh müqaviləsi layihəsi paraflanıb və yalnız muqavilənin imzalanması qalıb. Partiya rəhbəri qeyd edib ki, lakin yekun sənədə imza atanadək buna qədər Azərbaycanın bir sıra şərtlərini qarşı tərəf yerinə yetirməlidir:

"Bura Ermənistanın dövlət rəmzlərində dəyişikliklər daxildir. Azərbaycanın sülh müqaviləsini imzalaması üçün heç bir əlavə problemi yoxdur. Ermənistanda gələn il parlament seçkiləri keçiriləcək. Bu seçkilərdə Paşinyanın qələbə qazanması gözlənilir. Paşinyan hakimiyyətdə qalacağı təqdirdə Konstitusiya islahatlarına gedəcək. Çünki bununla bağlı Vaşinqton görüşündə də öhdəlik götürüb. Çox güman ki, gələn il həm də Ermənistanda referendum keçiriləcək. Ermənilərin Paşinyanın təkliflərinə səs verəcəyi inandırıcıdır. Çünki Paşinyan onların ictimai tələblərini yerinə yetirir. Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparır, insan hüquq və azadlıqlarının qorunması istiqamətində təşəbbüslər edir. Referendumdan sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün demək olar ki, heç bir problem qalmır. Ona görə də 2026-cı ildə sülh sazişinin imzalana biləcəyini iddia etmək olar. Bütün bu fikirlər cari tendensiyalara əsaslanır. Ancaq nəzərə almaq lazımdır ki, siyasət sürprizlərlə doludur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Dekabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri