Icma.az
close
up
RU
Partiya sədrindən Şahin Bağırova CAVAB

Partiya sədrindən Şahin Bağırova CAVAB

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Gömrük Komitəsinin sədri Şahin Bağırovun gömrük ödənişləri ilə bağlı fikirlərinə reaksiya verib.

Tribunainfo.az xəbər verir ki, gömrük sədri vətəndaşların gömrük ödənişlərinə münasibətindən danışarkən bildirib ki, insanlar digər xərcləri düşünmür, amma gömrük ödənişlərinə tərəddüdlə yanaşırlar.


Partiya sədri N.Cəfərli isə bu fikirlərə cavab olaraq bildirib ki, tam tərsi, insanlar digər xərclərini düşünürlər deyə, Gömrük Komitəsi tərəfindən haqlı-haqsız ödənişlərə məruz qalmaq istəmirlər:

“Digər xərcləri düşünürlər – kommunal xidmət ödəməlidirlər, düşünürlər ki, ərzaq bahalaşır, çatdıra bilmirlər, düşünürlər ki, uşaqlar böyüyür, xərcləri artır, Gömrüyə geri dönüşünü hiss etmədikləri ödənişlər etmək istəmirlər.

Məsələn, ölkəyə avtomobil gətirənlər Gömrükdə əlavə xərclərlə üzləşirlər, hansısa MMC təsis edilib, onlar ternimal pulu, sənəd pulu, qələm-mürəkkəb pulu və s. yığır, və ya vətəndaş özünə, evinə xaricdən nəsə alır, bu kommersiya məqsədi deyil, amma Azərbaycan, məsələn, paltar, kompyuter və telefon və s. istehsal edən ölkədən vergi-rüsum şəklində daha çox qazanır, yəni, özümüz heç nə istehsal etmədən istehsalçılardan çox qazanmaq istəyirik.

Şahin müəllim daha sonra deyib ki, sitat: “Əslində, vətəndaşların idxal etdikləri mallara görə ödədikləri vəsait dolayı yolla özlərinə qayıdır”.

Şahin müəllim məntiqlə düz deyir, vergi-rüsum büdcəyə gedir, oradan da müxtəlif xərclərin, məsələn, maaş-təqaüdlərin ödənilməsinə sərf olunur. Amma büdcənin başqa xərcləri də var axı, problem odur ki, təmir-tikinti xərcləri ilə bağlı vətəndaşlara məlumat verilmir, hətta rəsmi Dövlət qurumu olan Hesablama Palatası hər il yüzmilyonlarla izafi xərclər müəyyən edir – amma heç bir tədbir görülmür, heç kəs cəzalandırılmır.

Hörmətli Şahin müəllim, Siz və hökumətin bir çox üzvləri iqtisadiyyata “sol”-dan baxırsınız, deyirsiniz ki, vətəndaş, sən vergi-rüsumu çox ödə (qanunlara görə, bəli, bizdə rüsum-vergi yüksəkdir), biz həmin pulu toplayıb sənə xərcləyəcəyik. Biz isə illərdir iqtisadiyyata “sağ”-dan baxmağı təklif edirik – vətəndaş vergi-rüsum az ödəyəndə zatən pul cibində qalır, dolayısı ilə qayıtmır, vergi-rüsum az ödədiyi zaman cibində qalan pulu iş adamıdırsa biznesə yatırıb əlavə iş yeri, deməli əlavə vergi-rüsum mənbəyi yaradır, adi vətəndaşdırsa, cibində qalan pulu yenə iqtisadiyyatda xərcləyir, nəsə alır, bununla da ticarət dövriyyəsini, dolayısıyla büdcəyə vergi-gömrük daxilolmalarını artırır”.

Nigar İxtiyarqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 21 Aprel 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri