Icma.az
close
up
RU
Rusiyanın “pomidor almarıq” təhdidinə partiya sədrindən CAVAB

Rusiyanın “pomidor almarıq” təhdidinə partiya sədrindən CAVAB

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Putinin “tut yemiş bülbülü”, Solovyov dünən yenə əsib-coşdu, Azərbaycana qarşı hədələr səsləndirdi – dedi ki, elə edərik ki, siz pomidorunuzu Rusiyada sata bilməyəsiz, o zaman görək pomidoru harda satacaqsınız.
5100 nüvə başlığı, 17 mln. km2 ərazisi olan ölkənin təhdidinə baxın – pomidoru almarıq, belə cılız, belə düşük Şimal qonşumuz var, məhz belə bəsit olduqlarına görə nüvə bombalarına, raketlərinə, ərazisinin böyüklüyünü baxmayaraq Rusiya cılızdı, kiçikdi, heç vaxt sözün siyasi, iqtisadi, mənəvi mənasında, böyük ölkə ola bilməyəcək.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə ReAl Partiyasının sədri Natiq Cəfərli çıxış edib. O bildirib ki, Azərbaycanın aqrar sahədə Rusiya bazarından asılılığı da heç yaxşı hal deyil:

“Hökumətin iqtisadi qanadında təmsil olunanlara illərdir bu haqda xəbərdarlıq edirdik ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracatında Rusiyadan 80%-ə yaxın asılılıq doğru deyil, yeni, daha premium bazarlara çıxış tapmaq lazımdır. Bu qalstuklu müəllimlər azərbaycanca da bilir, amma azərbaycanlının dilini, onun istəklərini, gözləntilərini anlaya bilmir.

2025-ci ilin ilk 5 ayında Azərbaycan Rusiyaya 445 mln. dollarlıq mal satıb, Rusiyadan isə 1,7 mlrd. dollarlıq mal alıb. Yəni, zatən Rusiya bizə, bizim onlara satdığımızdan 3-4 dəfə çox mal satır. Yəni, ticarət onlara daha çox sərf edir. Bunu belə anlamırlar, amma biz istənilən halda yeni bazarlara çıxmağı bacarmalıyıq, əsas da Körfəz ölkələrinə və Orta Asiya Respublikalarına ixracatımızı artırmalıyıq.

Pomidor məsələsi də belədir – ölkə olaraq bu ilin ilk 5 ayında 113 mln. dollarlıq 98,5 min ton pomidor satmışıq ki, Rusiyaya ixrac dəyəri, təqribən, 1 dollar 15 sentə düşür, körfəz ölkələrində Azərbaycan pomidoru keyfiyyətində tomat yoxdur, ortalama qiymət isə 2 dollar civarındadır. Niyə, məsələn, ərəblərə satmayaq ki?!”.

Gülşən Rəsul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 01 İyul 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri