PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
PAŞA Bank Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən "Bankçılıq Mükafatları -2025" müsabiqəsinin bir neçə nominasiyasının qalibi seçilib.
Ölkədə bank sektorunun iştirakçıları arasında keçirilən müsabiqədə maliyyə institutlarının 2025-ci il üzrə fəaliyyət nəticələri qiymətləndirilib. Assosiasiyanın ekspertləri tərəfindən verilən qərara əsasən PAŞA Bank 4 istiqamət üzrə nüfuzlu mükafata layiq görülüb. Belə ki, Bank, “Korporativ sosial məsuliyyət", “Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”,"Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi” istiqamətləri üzrə qalib elan olunub.
Qeyd edək ki, PAŞA Bank əvvəlki illərdə də ABA-nın nüfuzlu mükafatlarına layiq görülüb. Bankın qeyri-neft sektorunun və iqtisadiyyatın gücləndirilməsi və sahibkarlığın dayanıqlı inkişafına yönəlmiş fəaliyyəti ona həm yerli, həm də beynəlxalq səviyyədə yüksək etimad qazandırıb.
Beynəlxalq “S&P” reytinq agentliyi PAŞA Bank-ın uzunmüddətli və qısamüddətli kredit reytinqini 2026-cı ildə “BB-/B” səviyyəsində qiymətləndirib. Bank beynəlxalq maliyyə nəşri “International Investor Magazine” tərəfindən 2026-cı il üzrə eyni vaxtda iki əsas kateqoriyada – “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” – adına layiq görülüb.
PAŞA Bank 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafına verdiyi töhfələrə görə “Euromoney”, “International Investor Magazine” və “Global Finance” kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən bir sıra mükafatlara, o cümlədən “Ən yaxşı KOS Bankı” və “World’s Best Private Banks 2025” titullarına layiq görülüb. Eyni zamanda, Bank 2025-ci ildə “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:203
Bu xəbər 02 Aprel 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















