PAŞA Bank bu il Şuşa filialını və Ağdamda nümayəndəliyini açacaq
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 10 iyun, AZƏRTAC
Bu il “PAŞA Bank”ın “Şuşa” filialı istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri Cavid Quliyev bankın ötən ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə deyib.
“Bu il ərzində “Şuşa” filialı və Ağdam şəhərində nümayəndəliyimizi açmağı planlaşdırırıq", - deyə C.Quliyev qeyd edib.
Ötən ilin müştəri köçürmələrinə toxunan Cavid Quliyev bu əməliyyatların 15,8 faiz artaraq 113 milyard 944 milyon 625 min manat təşkil etdiyini vurğulayıb.
O bildirib ki, ötən il bankın kredit portfeli 18,2 faiz artaraq 3 milyard 360 milyon 976 min manata, fərdi sahibkarlara verilmiş kreditlər 28,5 faiz artaraq 103 milyon 316 min manata, o cümlədən hüquqi şəxslərə verilmiş kreditlər 15,3 faiz artaraq 2 milyard 899 milyon 671 min manata çatıb: ““PAŞA Bank” ötən ili 214 milyon 535 min manat xalis mənfəətlə başa vurub (-21 faiz)”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 10 İyun 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















