Şuşa və Ağdamda mehmanxanalarda yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şuşa və Ağdam şəhərlərində “Mehmanxanalarda yanğın təhlükəsizliyi” mövzusunda tədbirlər keçirilib.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şuşa şəhərində yerləşən “Şuşa otel və konqres” mərkəzində və “Xarı bülbül” otelində, Ağdam şəhərində yerləşən “Aghdam City” otelində “Mehmanxanalarda yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərlərinin şəxsən məsuliyyət daşıdığı vurğulanıb, yanğın zamanı zəruri davranış qaydalarından bəhs olunub və əməkdaşların həmin qaydalara ciddi riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda, binaların və binaətrafı ərazilərin təmiz saxlanılmasının, yanğından müdafiə sistemlərinin saz vəziyyətdə olmasının zəruriliyi vurğulanıb. Həmçinin, tədbirlərdə elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib.
Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə izah olunub, suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 08 Aprel 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















