“PAŞA Bank Gürcüstan”ın xalis mənfəəti 7 dəfədən çox azalıb
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsi olan “PAŞA Bank Gürcüstan” bu ilin ilk yarısını 430,5 min lari (159 min dollar) zərərlə başa vurub.
Yeniavaz.com “PAŞA Bank Gürcüstan”ın açıqladığı maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 dəfə az olub.
Qeyd edək ki, bankın ötən ilin ilk yarısında xalis mənfəəti 3,15 milyon lari təşkil edib. Bu il mənfəətin azalması əsasən faiz gəlirləri ilə faiz xərcləri arasındakı fərqin daralması və kreditlər üzrə ehtiyatların artması ilə əlaqələndirilir.
Onu da bildirək ki, bu il iyulun 1-nə “PAŞA Bank Gürcüstan”ın aktivləri 621,3 milyon lari (230 milyon dollar) olub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:“Paşa Bank Gürcüstan”ın mənfəəti kəskin azalıb
30 Mart 2026 14:48
PAŞA Bank Gürcüstan ın xalis mənfəəti artıb
30 May 2026 12:04
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
24 Aprel 2026 11:15
“PAŞA Bank Gürcüstan”ın məcmu aktivləri azalıb
16 Oktyabr 2025 15:56
“PAŞA Bank Gürcüstan”ın mənfəəti 5,6 dəfə artıb
23 Oktyabr 2026 15:52
Baxış sayı:208
Bu xəbər 21 Oktyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















