Icma.az
close
up
RU
“PAŞA Bank” “SME Banking Agency” tərəfindən 3 əsas nominasiyada birinciliyə layiq görüldü

“PAŞA Bank” “SME Banking Agency” tərəfindən 3 əsas nominasiyada birinciliyə layiq görüldü

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” kiçik və orta biznes sahiblərinə (KOS) təqdim etdiyi innovativ və müştəriyönümlü rəqəmsal həllərə görə 11 aprel 2025-ci il tarixində 3 nominasiyada beynəlxalq səviyyədə birinciliyə layiq görülüb.

“SME Banking Agency” tərəfindən KOS müştəriləri üçün qeydiyyat, onlayn və mobil bankçılığın inkişafına və effektivliyinə dair keçirilən beynəlxalq “Digital Banking 2025: Central Asian Countries” araşdırmasının nəticələrinə əsasən, “PAŞA Bank” Azərbaycan üzrə aşağıdakı sahələrdə 2025-cü ilin lider bankı seçilib.

KOS müştəriləri üçün ən yaxşı onlayn qeydiyyat prosesi; KOS müştəriləri üçün ən yaxşı mobil tətbiq; KOS müştəriləri üçün ən yaxşı onlayn bank.

Qeyd edək ki, “PAŞA Bank” son illər ərzində rəqəmsal bankçılıq və biznes yönümlü xidmətlər sahəsində mühüm uğurlara imza atıb. 2024-cü ildə “SME Banking Agency” bankın onlayn platformasını ölkənin ən yaxşı biznes bankı, mobil tətbiqini isə 112 meyar əsasında ən yaxşı mobil bankı elan edib. 2023-cü ildə isə Bank “Azərbaycanın ən yaxşı internet bankı” nominasiyasında lider olub.

Bankın beynəlxalq səviyyədə qazandığı digər uğurlar sırasında 2024-cü ildə “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı”, 2025-ci ildə isə “International Investor” tərəfindən real sektorun dayanıqlı inkişafına verdiyi töhfəyə görə “Azərbaycanın ən yaxşı bankı” seçilməsi də yer alır.

Bu nailiyyətlər “PAŞA Bank”ın KOS-lara xüsusi diqqət yetirən müştəriyönümlü yanaşmasının, rəqəmsallaşmaya əsaslanan inkişaf strategiyasının və bizneslər üçün optimallaşdırılmış innovativ həllərinin bariz nümunəsidir. 2025-ci ilin “CustomerFirst” ili elan olunması isə bu yanaşmanın strateji əsasda davam etdirildiyini və müştəri məmnuniyyətinin Bank üçün əsas prioritet olduğunu bir daha təsdiqləyir. Rəqəmsal imkanlar vasitəsilə sahibkarlara təqdim edilən çevik və etibarlı maliyyə həlləri ölkənin iqtisadi inkişafına, qeyri-neft sektorunun güclənməsinə və rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://banco.az
archiveBu xəbər 15 Aprel 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see232

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see161

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see156

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri