Icma.az
close
up
RU
“PAŞA Bank” Visa nın xüsusi mükafatı ilə təltif olundu

“PAŞA Bank” Visa nın xüsusi mükafatı ilə təltif olundu

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” Visa beynəlxalq ödəniş sisteminin xüsusi mükafatına layiq görülüb.

Bu mükafat Banka “Tap to Phone” texnologiyasının istifadəsi və “PASHA Private Banking” müştəriləri üçün xüsusi kartların təqdimatı ilə ölkədə ödəniş sisteminin inkişafına töhfəsinə görə təqdim edilib. Mükafatlandırma prosesi 24–25 may 2025-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq, eləcə də Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə ekspert qruplarının görüşündə baş tutub.
Qeyd edək ki, “Tap to Phone” (mPOS) məhsulu smartfonları POS terminalına çevirərək sahibkarlara Android cihazları üzərindən təhlükəsiz və sürətli ödəniş qəbul etməyə imkan verir. Fiziki terminala ehtiyac olmadan həyata keçirilən bu ödənişlər, lazım olduqda, fiskal kassa cihazı ilə inteqrasiya edilərək e-qəbzin vergi orqanlarına ötürülməsini də təmin edir.
“Horizon” və “Heritage” eksklüziv kartları isə fərdi bankçılıq xidmətləri, premium tədbirlərə çıxış, öncədən sifariş imkanı və “Miles and Smiles” çərçivəsində millər toplamaq kimi üstünlüklər təqdim edir. Kart sahibləri və onların ailələri həmçinin “Fast Track”, “Lounge Key” və “Air Transfer” xidmətlərindən yararlana bilirlər.

Xatırladaq ki, “PAŞA Bank” son illər ərzində rəqəmsal bankçılıq və biznes xidmətləri sahəsində mühüm uğurlara imza atıb. Belə ki, 2024-cü ildə “SME Banking Agency” bankın onlayn platformasını ölkənin ən yaxşı biznes bankı, mobil tətbiqini isə 112 meyar əsasında ən yaxşı mobil bankı elan edib. Eyni ildə Bank “Euromoney” jurnalı tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı”, 2025-ci ildə isə “International Investor” jurnalı tərəfindən real sektorun dayanıqlı inkişafına verdiyi töhfəyə görə “Azərbaycanın ən yaxşı bankı” seçilməsi də yer alır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://banco.az
archiveBu xəbər 30 May 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri