Icma.az
close
up
RU
PAŞA Holding in təşkilatçılığı ilə Business Talks by PASHA Holding in ilk tədbiri baş tutub

PAŞA Holding in təşkilatçılığı ilə Business Talks by PASHA Holding in ilk tədbiri baş tutub

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir müddət öncə "PAŞA Holding" tərəfindən "Business Talks by PASHA Holding" adlı yeni platforma təqdim olunub. Bu platforma müasir biznes dünyasında baş verən əsas tendensiyaların, çağırışların və strateji yanaşmaların müzakirə olunduğu peşəkar dialoq və fikir mübadiləsi mühitidir. Layihənin əsas məqsədi yerli iqtisadiyyat iştirakçıları üçün müxtəlif sahələrdə baş verən yenilikləri və trendləri birgə müzakirə etmək, fikir mübadiləsi aparmaq və peşəkarlar arasında şəbəkələşməni gücləndirməkdir.

Platformanın ilk tədbiri 13 iyun 2025-ci il tarixində "PAŞA Holding"in təşkilatçılığı və "EY Azərbaycan", "S&P Global", eləcə də Bakı Fond Birjası şirkətlərinin tərəfdaş dəstəyi ilə keçirilib. Açılış tədbiri dayanıqlı maliyyə mövzusuna həsr olunub və Azərbaycanın aparıcı biznes və maliyyə sektoru nümayəndələrini bir araya gətirib.

Tədbirin əsas məqsədi ESG hesabatlılığı, ESG reytinqləri və iqlimlə bağlı maliyyə riskləri sahəsində beynəlxalq təcrübələrin, yeni çağırışların və strateji yanaşmaların müzakirəsi, eləcə də yerli bazar oyunçuları arasında şəbəkələşmənin gücləndirilməsi olub.

Açılış nitqləri ilə Azərbaycan Respublikasının baş nazirinin müavini Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın sədri Taleh Kazımov, "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımov, eləcə də "EY Azərbaycan" şirkətinin idarəedici partnyoru İlqar Vəliyev çıxış ediblər.

"ESG prinsiplərinin effektiv təşviqi və tətbiqi üçün ölkəmizdə institusional çərçivə də formalaşmaqdadır. Belə ki, təxminən iki il əvvəl rəhbərlik etdiyim Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın nəzdində ESG standartlarının təşviqi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbərliyi ilə yaradılmış Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə altqrupu, dövlət, özəl və ictimai sektor arasında koordinasiyalı və sistemli yanaşmanın əsasını qoymuşdur", - deyə Azərbaycan Respublikasının baş nazirinin Müavini Samir Şərifov qeyd edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatındakı keyfiyyət dəyişiklikləri və inkişaf perspektivləri barədə məlumat verib, dövlətlə özəl sektor arasından dialoqun önəmini vurğulayıb. Ekoloji, sosial və korporativ idarəetməni ehtiva edən ESG prinsiplərinin əhəmiyyətini qeyd edən iqtisadiyyat naziri bildirib ki, dayanıqlı maliyyələşmə və rəqabətqabiliyyətli biznes mühitinin formalaşdırılmasında bu prinsiplər mühüm rol oynayır. Qlobal çağırışlar fonunda ESG yanaşmasının tətbiqi uzunmüddətli inkişafı hədəfləyən uğurlu biznes modellərinin qurulması üçün zəruri şərtlərdəndir.

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov ölkədə yaşıl keçidin sürətlənməsi və dayanıqlı maliyyənin təşviqi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən islahatlar və gələcək planlar barədə ətraflı məlumat verib. O, Mərkəzi Bank tərəfindən qəbul edilmiş "Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi", eləcə də "2024-2026-cı illəri əhatə edən Maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində dayanıqlı maliyyənin əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edildiyini bildirib.

"Business Talks by PASHA Holding" platformasının üç əsas vəzifəsi mövcuddur:

Yalnız uğur hekayələrini deyil, həm də real təcrübələri, yol verilmiş səhvləri və onlardan çıxarılan dərsləri auditoriyaya təqdim etmək. Yeni trendlər, bacarıqlar və düşüncə tərzləri vasitəsilə biznes liderlərinin inkişaf potensialını gücləndirmək. Dövlət qurumları ilə eyni masa ətrafında toplanaraq mövcud çağırışları açıq şəkildə müzakirə etmək və birgə həll yolları formalaşdırmaq", - deyə "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasəmov qeyd edib.

Tədbir çərçivəsində iki panel müzakirəsi və bir interaktiv dialoq sessiyası keçirilib. Panel müzakirələrində ESG və kredit reytinqləri, hesabatlılıq və risklərin idarə olunması ilə bağlı beynəlxalq və yerli ekspertlər öz təcrübələrini bölüşüblər. Eyni zamanda, Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə ilə dayanıqlı maliyyəyə dair dialoq formatında maraqlı fikir mübadiləsi aparılıb.

Spikerlər arasında" S&P Global Ratings", ACCA, EY, Bakı Fond Birjası, Beynəlxalq Maliyyə Korporasiyası, "PAŞA Holding", "Azercell", "Kapital Bank", SOCAR və "NEQSOL Holding" kimi təşkilatların yüksək səviyyəli nümayəndələri yer alıb. Müzakirələrdə ESG-nin biznesə təsiri, korporativ reytinqlərə təsir edən amillər, yeni hesabatlıq tələbləri və gələcək risklər dərin təhlil edilib.

"Business Talks by PASHA Holding" platformasının növbəti tədbirlərində də biznes aləmini maraqlandıran strateji və aktual mövzuların müzakirəsi planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 İyun 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see204

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see138

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri