Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

PAŞA Holding in təşkilatçılığı ilə INMerge İnnovasiya Sammitinin regional tədbiri baş tutub

PAŞA Holding in təşkilatçılığı ilə INMerge İnnovasiya Sammitinin regional tədbiri baş tutub

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Beynəlxalq innovasiya platformasına çevrilməyi hədəfləyən "INMerge" İnnovasiya Sammiti çərçivəsində iyulun 16-da Özbəkistanın paytaxtı Daşkənddə "INUzbekistan" tədbiri baş tutub.

Özbəkistan İnformasiya Texnologiyaları Parkı ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan tədbir Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərqdə innovasiya əsaslı və miqyaslana bilən inkişaf üçün sərhədlərarası tərəfdaşlıqların əhəmiyyətini ön plana çıxarıb.

Tədbirin rəsmi açılış mərasimində Özbəkistan İnformasiya Texnologiyaları Parkının İcraçı direktoru Abdüləhəd Küçkarov, parkın "Startap" bölməsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Temurbek Sadinov, "PAŞA Holding"in İnnovasiyalar üzrə rəhbəri Tuğra Musayeva iştirak ediblər. Tədbirin bağlanış nitqini isə Olimjon Umarov, Özbəkistan Rəqəmsal Texnologiyalar Nazirliyinin birinci müavini təqdim edib.

"INUzbekistan" tədbirinin əlamətdar məqamlarından biri də "PashaPay" və Özbəkistan Fintex Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması olub. Bu sənəd Özbəkistanda və ondan kənarda fintex sahəsinin inkişafı və sahibkarlıq ekosistemlərinin gücləndirilməsinə yönəlmiş birgə öhdəliyi əks etdirir.

Tədbirin gündəliyinə "Görünməz divar: innovasiyada qərəzləri aşmaq" adlı əsas çıxış, interaktiv söhbət (fireside chat) və iki panel müzakirəsi daxil edilib.

"Sərhədləri aşan fintexlərin qurulması: innovasiyaların bazarlar üzrə miqyaslanması" mövzusunda keçirilən birinci paneldə regional fintex şirkətlərinin beynəlxalq miqyasda necə genişlənə biləcəyi və inkişaf tempini necə sürətləndirə biləcəyi müzakirə edilib.

İkinci panel çərçivəsində "Kapital innovasiya ilə görüşür: erkən mərhələli startaplar üçün ağıllı investisiyaların açıqlanması" mövzusu müzakirə olunub, investorlar və ekosistem liderlərini bir araya gətirməklə Özbəkistan və Mərkəzi Asiyada növbəti nəsil startapları dəstəkləmək üçün kapitalın necə cəlb edilə biləcəyi və səmərəli şəkildə yerləşdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda startapların müsabiqəsi keçirilib. Erkən mərhələdə olan layihələr investorlar və ekspertlərdən ibarət münsiflər heyətinə təqdim edilib. Qalib komanda beynəlxalq investorların diqqətini cəlb etmək imkanı qazanacaq və "INBattle" əsas mərhələsində 30 000 dollarlıq mükafat uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, "PAŞA Holding" tərəfindən təşkil olunan "INMerge" İnnovasiya Sammiti bu il 29-30 sentyabr tarixlərində Bakıda keçiriləcək və 30-dan çox ölkədən 1,000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçini bir araya gətirəcək. İki gün davam edəcək sammitdə iştirakçılara yüksək səviyyəli çıxışlar, panel müzakirələri, startap müsabiqələri və şəbəkələşmə imkanları təqdim olunacaq. Bu tədbirlər Xəzər və Mərkəzi Asiya regionlarında innovasiyaların inkişafını təşviq etmək, investisiyaları artırmaq və regional əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 İyul 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri