PAŞA Holdinq rəsmisi: INMerge İnnovasiya Sammitinin əsasını startaplar təşkil edir
Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"INMerge" İnnovasiya Sammitinin əsasını startaplar təşkil edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu "PAŞA Holdinq" MMC-nin İnnovasiyalar şöbəsinin müdiri Tuğra Musayeva təmsil etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.
Onun sözlərinə görə, bu il sammitə 100-dən çox startap qoşulub: "Onların 70-dən çoxu dünyanın müxtəlif ölkələrindən gəlib. Bununla burada regionun ən yaxşı texnoloji istedadlarının unikal bir toplantısı yaranıb".
O qeyd edib ki, builki sammitdə 200-dən çox investor iştirak edir: "Biz həmçinin ən yaxşı korporativlərin dəstəyi ilə startaplar üçün tərəfdaşlıq əlaqələrinin yaradılmasına töhfə veririk. Buraya həmçinin erkən mərhələdə şirkətlərlə əməkdaşlıq, şirkətlərə ən yaxşı texnologiya istedadlarına çıxış əldə etmək, həmçinin startapları gələcəyə hazırlamaq üçün unikal fürsət yaratmaq daxildir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 29 Sentyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















