Icma.az
close
up
RU
® “PAŞA Holdinq”in təşkilatçılığı ilə Qazaxıstanda “INMerge” İnnovasiya Sammitinin üçüncü regional tədbiri keçirilib

® “PAŞA Holdinq”in təşkilatçılığı ilə Qazaxıstanda “INMerge” İnnovasiya Sammitinin üçüncü regional tədbiri keçirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qlobal innovasiya platformasına çevrilmək hədəfi ilə irəliləyən "INMerge" İnnovasiya Sammiti, fəaliyyətinin növbəti addımı olaraq ölkəxarici tədbir ilə davam etdi. İyunun 17-də Almatı şəhərinin mərkəzində keçirilən bu tədbir, Qazaxıstanın aparıcı texnoloji mərkəzi olan Astana Hub şirkəti ilə tərəfdaşlıq çərçivəsində baş tutub.

“Rixos Almaty” otelində keçirilən bu eksklüziv tədbir, regionun startaplarını, korporativ liderlərini, investorlarını və innovasiya ekosisteminin əsas iştirakçılarını bir araya gətirərək bilik və təcrübə mübadiləsi, şəbəkələşmə və əməkdaşlıq üçün dinamik bir platforma təqdim edib. Tədbirin aparıcısı “The Astana Times” qəzetinin Xəbərlər Departamentinin rəhbəri Aida Haidar olub. Açılış nitqini isə təşkilati transformasiya və sistem dəyişikliyi üzrə tanınmış ekspert Patrycja Riera təqdim edib.

Tədbir çərçivəsində iki mövzu ətrafında panel müzakirələri keçirilib. “İnnovasiyanın Yeni İpək Yolu: Ölçüləbilən İnkişafa Aparan Regional Tərəfdaşlıqlar” adlı paneldə Ainur Temirkhankyzy (Freedom Bank Kazakhstan), Nurlan Yesmagambetov (Qazaqstan Venture Group), Rahim Bayramlı (SABAH.HUB), Nurdaulet Bazylbekov (Eurasian Hub Ventures) və moderator qismində “Women in Tech Kazakhstan” təşkilatının baş direktoru Assem Bolatzhan iştirak ediblər.

Digər panel isə “Rəqabətdən Əməkdaşlığa: Korporasiyalar və Startaplar Xəzər Regionunda İnnovasiyanın Gələcəyini Necə Formalaşdırır?” mövzusuna həsr olunub. Bu sessiyada Jalal Qasımov (“PAŞA Holdinq”), Rostislav Konyashkin (Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi), Didar Karimsakov (Qazaqstan Investment Corporation), Askar Zhambakin (Kcell) və Renat Bekturov (AIFC) çıxış ediblər. Panelə “Silkroad Innovation Hub”ın təsisçisi və baş direktoru Asset Abdualiyev moderatorluq edib.

“Azərbaycan və Qazaxıstan oxşar çağırışlarla üzləşir - xüsusilə insan kapitalının inkişafı sahəsində. Ölkələrimizdə istedadlı insanlar çoxdur, lakin onların potensialını reallaşdırmağa imkan verəcək dayanıqlı bir sistemin qurulması vacibdir. Regiondakı əməkdaşlıq nə qədər sıx olarsa, startaplar üçün bir o qədər çox imkan yaranacaq. Bizi mədəniyyət, tarix və düşüncə tərzi birləşdirir - bu isə tərəfdaşlığımızı təkcə məntiqli deyil, həm də həqiqətən perspektivli edir. Hazırda diqqət mərkəzimizdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstanla yanaşı, MENA və Şərqi Avropa regionları da yer alır - və INMerge real dəyişikliklərin həyata keçirilməsi üçün dinamik bir platformaya çevrilir”,- deyə “PAŞA Holdinq”in Baş icraçı direktoru Cəlal Qasımov qeyd edib.

Bundan əlavə, tədbirin əsas məqamlarından biri SABAH.HUB və “Al-Farabi Innovation Hub” arasında İnnovasiyanın İnkişafı üzrə Anlaşma Memorandumunun imzalanması olub ki, bu da regionda innovasiya ekosisteminin birgə inkişafına sadiqliyi nümayiş etdirib.

Qeyd edək ki, əvvəlki regional tədbirlərdə – Türkiyə və Gürcüstanda olduğu kimi – Qazaxıstanda da proqramın əsas məqamlarından biri ölkənin ən perspektivli startaplarını nümayiş etdirmək üçün keçirilən “INbattle” startap müsabiqəsi olub. Müsabiqə zamanı seçilmiş komandalar üçün 29–30 sentyabr 2025-ci il tarixlərində Bakıda baş tutacaq “INMerge” İnnovasiya Sammitində iştirak imkanı qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri