PAŞA Kapital “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradıb
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC “PAŞA Holdinq” MMC-yə məxsus "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC ilə yeni əməkdaşlığa start verib.
“AzInTelecom”un yaratdığı SİMA yeni nəsil rəqəmsal imza "PAŞA Kapital"ın onlayn hesab açılması xidmətinə uğurla inteqrasiya olunub.
Artıq yerli və xarici maliyyə bazarlarına investisiya etmək istəyən şəxslər “SİMA İmza” ilə "PAŞA Kapital"ın veb-saytında və yaxud “Pasha Capital” mobil tətbiqində rahatlıqla hesab aça bilərlər. Bunun sayəsində müştərilərin müqaviləni imzalaması üçün xidmət ofisinə getməsinə ehtiyac qalmır. Müştəri heç yerə getmədən, günün istənilən saatında sadəcə öz məlumatlarını onlayn formada daxil edərək investisiya hesabı aça və onlayn ticarətə (trading) başlaya bilir.
Hesab açdıqdan sonra müştərilər "PAŞA Kapital" platforması üzərindən qlobal investisiya birjalarına çıxış imkanı əldə edirlər. Həmçinin şirkətin təqdim etdiyi bütün pərakəndə biznes xidmətlərindən yararlana bilir. Bunlara yerli bazarda istiqrazlar və notlar almaq, xarici bazarda isə səhmlər, valyuta ticarəti, əmtəələr, kriptovalyuta, indekslər, eləcə də yeni nəsil investisiya alətləri olan ETF (birjada ticarət olunan fondlar) və CFD (fərq müqavilələri) kimi investisiya fəaliyyətləri daxildir.
SİMA yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. Daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 28 Noyabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















