Icma.az
close
up
RU
“PAŞA Kapital”da “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb AZƏRTAC

“PAŞA Kapital”da “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 28 noyabr, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC ilə “PAŞA Holdinq”ə məxsus “PAŞA Kapital” şirkəti yeni əməkdaşlığa start verib.

“AzInTelecom”dan AZƏRTAC-a bildirilib ki, qurum tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza “PAŞA Kapital”ın onlayn hesab açılması xidmətinə uğurla inteqrasiya olunub.

Artıq yerli və xarici maliyyə bazarlarına investisiya etmək istəyən şəxslər “SİMA İmza” ilə “PAŞA Kapital”ın veb-saytında və ya “Pasha Capital” mobil tətbiqində rahatlıqla hesab aça bilərlər. Bunun sayəsində müştərilərin müqaviləni imzalaması üçün xidmət ofisinə getməsinə ehtiyac qalmır. Müştəri heç yerə getmədən, günün istənilən saatında sadəcə öz məlumatlarını onlayn formada daxil edərək investisiya hesabı aça və onlayn ticarətə (trading) başlaya bilir.

Hesab açdıqdan sonra müştərilər “PAŞA Kapital” platforması üzərindən qlobal investisiya birjalarına çıxış imkanı əldə edirlər. Həmçinin şirkətin təqdim etdiyi bütün pərakəndə biznes xidmətlərindən yararlana bilirlər. Bunlara yerli bazarda istiqrazlar və notlar almaq, xarici bazarda isə səhmlər, valyuta ticarəti, əmtəələr, kriptovalyuta, indekslər, eləcə də yeni nəsil investisiya alətləri olan ETF (birjada ticarət olunan fondlar) və CFD (fərq müqavilələri) kimi investisiya fəaliyyətləri daxildir.

Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. Daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see123

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri