Icma.az
close
up
RU
PAŞA Real Estate Qlobal Aktivlərini One&Only Hudson Valley, Nyu York ilə genişləndirir

PAŞA Real Estate Qlobal Aktivlərini One&Only Hudson Valley, Nyu York ilə genişləndirir

Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

(®) "PAŞA Holding" şirkəti olan "PAŞA Real Estate Qrup", Nyu-Yorkun Hudson vadisində (Hudson Valley) ultra-lüks təyinatlı kurort kompleksini inkişaf etdirmək üçün ABŞ-da yerləşən "Nolan Reynolds International" (NRI) şirkəti və "One&Only" brendinin sahibi və operatoru olan çoxillik tərəfdaşı "Kerzner International" ilə strateji investisiya tərəfdaşlığını elan edir.

ABŞ Bazarına Strateji Giriş

Hudson Valley layihəsi "PAŞA Real Estate"-in beynəlxalq artım strategiyasında mühüm mərhələni qeyd edir və Qrupun ABŞ bazarındakı ilk investisiyasını təmsil edir. Bu təşəbbüs, "PAŞA Real Estate"-in simvolik lokasiyalara, aparıcı qlobal operatorlarla əməkdaşlığa və etibarlı institusional tərəfdaşlıqlara əsaslanan qlobal aktivlərinin formalaşdırılmasına yönəlmiş uzunmüddətli strategiyasını təcəssüm etdirir.

Layihəyə villalar və lüks otaqlar təklif edən "One&Only" hoteli, həmçinin 54 brend kotedj daxil olacaq. Layihə dünyanın ən nüfuzlu kulinariya ali təhsil ocaqlarından biri olan Amerika Kulinariya İnstitutuna (CIA) məxsus 8.5 hektarlıq ərazidə reallaşdırılır. Manhettendən cəmi 90 dəqiqəlik məsafədə yerləşən və Hudson çayına mənzərəsi olan kurortun 2028-ci ildə açılması planlaşdırılır.

Sağlamlıq, Kulinariya və Təbiət Yönümlü Kurort Konsepsiyası

Unikal sağlamlıq turizmi istiqaməti kimi hazırlanan kurortun konsepsiyası, müstəsna təbii mühitdə qastronomik ustalıqla aktiv uzunömürlülük proqramlarını ahəngdar şəkildə birləşdirir. Kulinariya proqramları şef rezidensiyaları, ustad dərsləri və yerli ferma məhsullarının istifadəsinə əsaslanan qastronomik konsepsiyanı əhatə edərək Amerika Kulinariya İnstitutu (CIA) ilə əməkdaşlıq çərçivəsində təqdim olunacaq. Sağlamlıq və uzunömürlülük təklifləri isə "Clinique La Prairie" ilə tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək və profilaktika, gümrahlıq və uzunmüddətli rifaha yönəlmiş fərdi proqramları təqdim edəcək.

Nyu-York şəhərindən 150 kilometr şimalda yerləşən kurort, CIA kampusuna bitişik, Franklin D. Ruzveltin Evi və Vanderbilt Malikənəsi kimi milli tarixi abidələrin bilavasitə yaxınlığında, qorunan və aşağı sıxlıqlı bir landşaftda yerləşir. Məkan məxfilik, təbii gözəllik və Manhettenə birbaşa çıxışın unikal balansını təklif edir.

"PAŞA Real Estate" Aktivlərinə İmza Əlavə

"One&Only" Hudson Valley layihəsi dünya şöhrətli qonaqpərvərlik brendini, aparıcı kulinariya institutunu və dünya səviyyəli sağlamlıq tərəfdaşını bir araya gətirir. Otelçilik biznesinin flaqman aktivi kimi mövqeləndirilən layihə, ABŞ-da ultra-lüks kurort həyat tərzi üçün yeni bir meyar təyin etmək və "PAŞA Real Estate"-in beynəlxalq aktivlərini daha da gücləndirmək üçün dizayn edilmişdir.

Layihə Tərəfdaşları

"PAŞA Real Estate Qrup" haqqında www.pasharealestate.az :"PAŞA Real Estate Qrup", daşınmaz əmlakın investisiyası, inkişafı, strateji idarəçiliyi və istismarı üzrə ixtisaslaşmışdır. Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqronun müxtəlif bölgələrində fəaliyyət göstərən qrup lüks hotellər, dünya səviyyəli kurortlar, ticarət obyektləri, premium yaşayış layihələri və qarışıq tipli layihələr daxil olmaqla geniş aktivlərə malikdir. Keyfiyyət, dürüstlük və müştəri məmnuniyyətinə sadiq qalan "PAŞA Real Estate Qrup", sənaye standartlarını yenidən müəyyənləşdirmək və qlobal miqyasda aktivlərinin dəyərini artırmaq məqsədi ilə fəaliyyət göstərməkdədir.

Nolan Reynolds Internationalnrinternational.com: "Nolan Reynolds International" (NRI), irimiqyaslı dövlət infrastrukturu, özəl qarışıq tipli layihələr və lüks otelçilik biznesi layihələri üzrə ixtisaslaşmış Mayamidə yerləşən daşınmaz əmlak inkişafı şirkətidir. İnkişaf portfeli 6 milyard ABŞ dollarını keçən NRI, ABŞ və beynəlxalq bazarlarda mürəkkəb, yüksək dəyərli layihələr üzrə geniş təcrübəyə malikdir.

One&Onlyoneandonlyresorts.com: "One&Only" – dizayn, xidmət və autentiq qonaqpərvərlik etalonu kimi tanınan beynəlxalq ultra-lüks kurortlar və özəl rezidensiyalar brendidir. Kolleksiya dünyanın ən mənzərəli və mədəni baxımdan əhəmiyyətli regionlarında yerləşən unikal obyektləri birləşdirir. Hər bir kurort təbii landşafta və yerli kontekstə hörmətlə yaradılır, ifadəli memarlığı, məxfiliyi və fərdi konsepsiyanı özündə birləşdirir. Brendin layihələri Yunanıstan, Meksika, Mavrikiy və Ruandada təmsil olunur. Elan edilmiş inkişaf istiqamətləri arasında Biq-Skay (Montana, ABŞ) və Half-Mun-Bey (Antiqua) var. "One&Only Private Homes" brendi altında özəl rezidensiyalar Mavrikiy, Meksika, Monteneqro, Montana (ABŞ), Yunanıstan və Dubayda (BƏƏ) satış üçün mövcuddur.

Kerzner International kerzner.com "Kerzner International Holdings Limited", destinasiya kurortları, ultra-lüks otellər və rezidensiyalar, həmçinin innovativ otelçilik biznesi və əyləncə təcrübələrinin aparıcı qlobal inkişaf etdiricisi və operatorudur. Şirkətin flaqman "Atlantis" brendinə Dubaydakı "Atlantis, The Palm" və "Atlantis, The Royal Resort & Residences", eləcə də Çindəki "Atlantis, Sanya" daxildir. "One&Only" brendi vasitəsilə Kerzner, Avropa, Yaxın Şərq, Afrika, Asiya və Amerikada, o cümlədən Yunanıstan, Monteneqro, Meksika, Mavrikiy, Maldiv adaları, Cənubi Afrika, Dubay, Ruanda və ABŞ-da dünyanın ən çox bəyənilən ultra-lüks kurortlarını idarə edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://marja.az
archiveBu xəbər 11 Fevral 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri