Icma.az
close
up
RU
Paşazadə tənqid etdi, Paşinyan tapşırıq verdi: Ermənistanı qarışdıran hadisə

Paşazadə tənqid etdi, Paşinyan tapşırıq verdi: Ermənistanı qarışdıran hadisə

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 12-si ABŞ-a səfəri çərçivəsində Erməni Apostol Kilsəsinin sülh prosesində irəliləyişin əldə olunduğu bir zamanda var gücü ilə dağıdıcı təbliğat apardığını vurğulayıb. 

Globalinfo.az xəbər verir ki, ötən gün isə Ermənistanda bir sıra din xadimlərinin, xüsusilə Eçmiədzin kilsəsi ilə əlaqələri olan yepiskopların həbsinə başlanılıb.

Hətta proses çərçivəsində bu gün də bir neçə din xadimi saxlanılıb və istintaqa cəlb edilib. Onlardan biri bütün ermənilərin katolikosu II Qareginin qohumudur. Ermənistanın Baş naziri Nikol Paşinyanın son aylarda Apostol Kilsəsinə çağırışları, Qaregini davamlı olaraq istefaya səsləməsi və sərt tənqidləri fonunda bu həbslər xüsusi diqqət çəkir. Məlumata görə, sözügedən şəxslərin saxlanılması ilə bağlı tapşırıq da birbaşa hökumətdən verilib və konkret din xadimləri hədəf göstərilib.

“Hraparak” yazır ki, həbslərin məhz Allahşükür Paşazadənin açıqlamasında iki gün sonra başlaması təsadüfi deyil. Belə ki, hökumət kilsənin sülh prosesinə zərər verməsindən narahat olduğu üçün Azərbaycan tərəfinin narazılıqlarına diqqət yetirir.

Hətta nəşr hakim Mülki Müqavilə Partiyasının üzvlərindən Hayk Tsirunyanla əlaqə saxlayıb və Paşazadənin açıqlamasından sonra baş verənlərin təsadüfi olub-olmadığını soruşub.

Tsirunyan isə həmin şəxslərin sadəcə cinayət və qanunsuz əməllərinə görə saxlanıldıqlarını, sıravi vətəndaş kimi məsuliyyətə cəlb edildiklərini bildirib.

Ayşən Mustafa
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri