Icma.az
close
up
RU
PASHA Bank Cup VII yarışının qalibləri elan edilib

PASHA Bank Cup VII yarışının qalibləri elan edilib

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” tərəfindən keçirilən növbəti "PASHA Bank Cup" müsabiqəsi başa çatıb.

Tələbələrin, şagirdlərin və mütəxəssislərin bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təşəbbüslərin davamı olaraq, "PASHA Bank Cup VII" yarışının məqsədi İT sahəsində təhsil alan və çalışan bacarıqlı kadrları üzə çıxarmaq, eləcə də sözügedən sahənin inkişafına töhfə verməkdir.  24 may 2025-ci il tarixində Azərbaycan Texniki Universitetində keçirilən final mərhələsində iştirakçılar müxtəlif mövzularda biliklərini sınayaraq, yeni fundamental biliklər qazanmaq və bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər. 

“PAŞA Bank”ın idarə heyətinin üzvü Calal Orucov, tədbirdə çıxış edərək, ölkədə İT sahəsində təhsil almış və bu sahədə fəaliyyət göstərən bacarıqlı kadrların aşkar edilməsi üçün görülən işlərdən və müsabiqənin bu sahəyə verdiyi dəstəkdən danışıb.

“'PAŞA Bank' olaraq, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kiber təhlükəsizlik və rəqəmsal mühəndislik sahələrində təşəbbüslərin həyata keçirilmsinə davam edəcəyik. Təhsil müəssisələri ilə sıx əməkdaşlıq edərək, gənclər arasında bu sahəyə olan marağı artırmağı hədəfləyirik,”- deyə, Orucov vurğulayıb.

Qeyd edək ki, finala vəsiqə qazanmış 60 iştirakçıdan kateqoriyalar üzrə ümumilikdə 12 qalib seçilib.

Məktəblilər

1. Ayxan Dəmirli
2. Həsən Vəliyev
3. Əli Əliyev
Tələbələr
1.Sahib Əliyev
2. Emil İnockin
3. Nicat Əsgərli

Peşəkarlar
1. Rahim Məmmədli
2. Kənan Əsgərli
3. Əli Qurbanov

Qaliblərə və final mərhələsində yüksək nəticə göstərən iştirakçılara Bank tərəfindən MacBook Pro M3, iPad Pro 11 M4, Apple watch və digər dəyərli hədiyyələr təqdim olunub.

Xatırladaq ki, “PAŞA Bank” ölkədə İT sahəsinin inkişafına mühüm töhfə vermək məqsədilə müxtəlif təşəbbüslər həyata keçirir. Bu çərçivədə “PAŞA Bank” tərəfindən təşkil olunan “PASHA Bank Cup”, “Hackathon”lar və digər layihələr, gənc proqramçılar və İT mütəxəssisləri üçün yeni ideyaların ortaya çıxmasına, innovativ həllərin hazırlanmasına və ölkədə texnologiya ekosisteminin inkişafına böyük dəstək olur. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://banco.az
archiveBu xəbər 27 May 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri