Icma.az
close
up
RU
“PASHA Bank Cup VII” yarışına start verildi

“PASHA Bank Cup VII” yarışına start verildi

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” tələbələrin, şagirdlərin və mütəxəssislərin bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təşəbbüslərini davam etdirir. Bank, İT sahəsində təhsil alan və çalışan bacarıqlı kadrları üzə çıxarmaq, eləcə də sözügedən sahənin inkişafına töhfə vermək məqsədilə sayca yeddinci olan “PASHA Bank Cup” yarışına start verib.

Texnologiya və maliyyə sahəsində yeniliklərə imza atmaq və əməkdaşlıqları gücləndirmək üçün təşkil olunan bu ənənəvi müsabiqədə iştirakçılar müxtəlif mövzularda biliklərini sınayacaq, yeni fundamental biliklər qazanacaq və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.

“Data strukturları və alqoritmləri” mövzusunu əhatə edən “PASHA Bank Cup VII” yarışı 2 təsnifat və 1 final mərhələsindən ibarət olacaq. Müsabiqəyə qatılmaq istəyən proqramçılara hər bir mərhələdən öncə mövzu, hazırlaşmaq üçün mənbə və vaxt veriləcək. Onlayn keçirilən təsnifat mərhələlərində ən çox bal toplayan iştirakçılar yarışın oflayn şəkildə keçiriləcək final mərhələsinə qatılacaq və "PASHA Bank Cup VII" kuboku uğrunda mübarizə aparacaq.

Hər yaş kateqoriyasında ilk üç yerin qalibləri “PAŞA Bank” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Ən əsası isə, yarış zamanı yüksək nəticələr göstərən iştirakçılar Bankda işləmək imkanı qazanacaqlar.

"PASHA Bank Cup VII" yarışının ilk təsnifat mərhələsi 19-20 aprel 2025-ci il tarixində onlayn formatda keçiriləcək. Bu mərhələnin mövzusu “Data strukturları, axtarış və sıralama alqoritmləri” olacaq. İştirakçılardan yarışa başladıqdan sonrakı 4 saat ərzində təqdim edilən 6 sualı bitirmək tələb olunacaq.

“Dinamik proqramlaşdırma və qraflar” mövzusunda olan ikinci təsnifat mərhələsi 3-4 may 2025-ci il tarixlərində keçiriləcək. Yarışın final mərhələsi 24 mayda ADA Universitetində baş tutacaq.

Seçim kategoriyalari haqqında daha ətraflı məlumatı müsabiqənin tezliklə paylaşılacaq müvafiq saytına keçid edərək əldə etmək olar. Yarışa qoşulmaq üçün hər təsnifat mərhələsinin başladığı tarixdə həmin saytda, "PAŞA Bank"ın sosial şəbəkə platformalarında və rəsmi "Digital Engineering" adlı Telegram kanalında paylaşılacaq linkə keçid alıb imtahanda iştirak etməyiniz kifayətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://banco.az
archiveBu xəbər 07 Aprel 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri