Icma.az
close
up
RU
Paşinyan 4 kəndin geri verilməsini daha da uzatmağa çalışırdı POLİTOLOQ

Paşinyan 4 kəndin geri verilməsini daha da uzatmağa çalışırdı POLİTOLOQ

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Bu ilin may ayında Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri rəsmən Azərbaycana geri qaytarıldı.

Bu razılaşma Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında həyata keçirilib. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv. kilometr) Azərbaycana qaytarılması təmin edilib.

Bu hadisənin çox böyük tarixi əhəmiyyəti var. Sovet İttifaqının 1991-ci ildə dağılmasından bəri ilk dəfə Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəlib. Artıq sərhədin 12,7 km uzunluğunda olan hissəsi şərti deyil, real sərhəd xəttidir və qarşılıqlı şəkildə tanınır.

Qeyd edək ki, sözügedən kəndlərin qaytarılması heç də Ermənistan hakimiyyətinin, Nikol Paşinyanın xoş niyyəti nəticəsində olmayıb. Məhz cənab Prezidentin qəti iradəsi və prinsipial addımları Ermənistanı həmin kəndləri qaytarmağa məcbur etdi. 


Politoloq Tural İsmayılov "Sherg.az"a deyib ki, Ermənistan əsla bizim bölgəmizdə kompromisə gələn və sülhpərvər ölkə kimi xarakterizə edilə bilməz:


"Ermənistan mütləq şəkildə Azərbaycanın qalib tərəf kimi diqtə etdiyi şərtləri yerinə yetirmək məcburiyyətindədir. Qazaxın 4 kəndinin qaytarılması sərhədlərin delimitasiya və demarkasiyası prosesi fonunda baş verib. Əslində Paşinyan hətta  4 kəndin geri verilməsini daha da uzatmağa çalışırdı. Vəziyyətin daha da gərginləşməsi üçün əlindən gələni edirdi. Lakin bütün bunlara baxmayaraq Azərbaycanın ləyaqətli və dürüst mövqeyi, eyni zamanda ölkəmizin beynəlxalq münasibətlər sisteminin normallaşması ilə bağlı atdığı addımlar müstəvisində Ermənistan Azərbaycanın təklifləri ilə razılaşmaq məcburiyyətində qalıb. Bundan sonra isə sərhədlərin delimitasiya və demarkasiyası davam etməlidir. İki ölkə arasında Ermənistanın səhvləri ucbatından hələ xeyli həll edilməmiş problemlər qalmaqdadır. Bunların həlli üçün isə Paşinyan hakimiyyəti normal dövlət ləyaqəti və etikası nümayiş etdirməlidir. Digər tərəfdən Ermənistanın öz riyakarlığından əl çəkməsi önümüzdəki illərdə də mümkün olmayacaq. Çünki bu dövlətin ipi öz əlində deyil. Ermənistanı xaricdəki güc faktorları idarə edir. Onların regionla bağlı təhlükəli planlarında Ermənistan iştirakçı qismində çıxış edir. Ona görə də belə bir ölkə ilə hətta sülh müqaviləsi imzalansa da, biz həmişə onlardan təhdidlər gözləyə bilərik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Dekabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see241

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see235

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see169

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri