Icma.az
close
up
RU
Politoloq: Qərb Gürcüstanı Rusiyanın ayaqları altına atmağa çalışırdı

Politoloq: Qərb Gürcüstanı Rusiyanın ayaqları altına atmağa çalışırdı

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Gürcü xalqı heç bir sanksiyalar bahasına Gürcüstanın ukraynalaşdırılmasına imkan verməyəcək. Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının Siyasi Şurasının bəyanatında belə qeyd olunub. "Gürcüstan bu vaxta qədər böyük səylər və barışmaz mübarizə nəticəsində Ukrayna ssenarisindən qurtula bilsə də, sülh uğrunda mübarizə davam edir və bu mübarizə sona çatdırılacaq. Nə qədər ki, Ukraynada birinci cəbhə var, ikinci cəbhənin Gürcüstanda açılması marağı həmişə olacaq. Qlobal Müharibə Partiyasının sifarişi və “Dərin Dövlət”in əli ilə konkret dövlətlərin gürcü siyasətçi və məmurlarına qarşı tətbiq etdiyi sanksiyalar da bununla bağlıdır. Gürcü xalqı sağ qalmaq və Gürcüstanın ukraynalaşmasının qarşısını almaq üçün sona qədər mübarizə aparmalıdır”. 

Bəyanatda Avropa İttifaqı bürokratiyasının öz dəyərinə sadiqlinin bu gün ən pis vəziyyətdə olduğu qeyd olunub.

Maraqlıdır ki, Gürcüstana qarşı sanksiyaları əvvəlcə Ukrayna hakimiyyətinə tətbiq etdirdilər və onların yüksək vəzifəli şəxsləri Gürcüstan hakimiyyətini açıq şəkildə ikinci cəbhə açmağa çağırıblar. Bunun ardınca suverenliklərini praktiki olaraq itirmiş və tamamilə “Dərin Dövlət”in diktəsi ilə hərəkət etməli olan Baltikyanı ölkələrin sanksiyaları gəldi. O zaman bağlı qapılar arxasında səslənən tələblər və təhdidlər nəhayət ictimai forma aldı. “Ya döyüşəcəksən, ya da səni cəzalandıracağıq” - bu, Gürcüstan və gürcü xalqının Qlobal Müharibə Partiyasından aldığı sadə mesajdır”. Bəyanatda sanksiyaların Gürcüstanı “dağıdıcı müharibəyə qoşulmağa məcbur edə bilməyəcəyi” qeyd edilib. “Heç kim gürcü xalqını heç bir sanksiya ilə qorxuda bilməz, çünki ictimaiyyət yaxşı başa düşür ki, heç bir sanksiya ölkənin məhv edilməsi ilə müqayisə oluna bilməz. Ona görə də heç kim Gürcüstan hökumətini hansısa sanksiyalar bahasına ölkəni dağıdıcı müharibəyə qurban verməyə məcbur edə bilməz. Gürcü xalqı heç bir sanksiyalar bahasına Gürcüstanın ukraynalaşdırılmasına imkan verməyəcək” - “Gürcü Arzusu” Siyasi Şurasının bəyanatında deyilir.


Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a bildirib ki, Qərb dövlətləri Gürcüstanı uzun müddətdir müharibəyə cəlb etmək üçün fəaliyyət göstərirlər:


“Gürcüstandakı faktiki hakimiyyətin lideri Bidzina İvanişviliaçıqlama vermişdi ki, onlara Rusiyaya qarşı ikinci cəbhənin açılması ilə bağlı tələb gəlib. Görünər odur ki, Qərb Rusiyaya qarşı ikicəbhəli müharibə aparmaq və onu Ukraynada çətin duruma salmaq siyasətini həyata keçirir. Amma nəzərə almaq lazımdır ki, Gürcüstanın imkanları kifayət qədər azdır, ərazi və ehtiyatlar baxımından Ukraynadan kifayət qədər zəifdir. Yəni Rusiyanın Gürcüstanı işğal etməsi üçün uzun müddət lazım olmayacaq. Ukrayna keçmiş nüvə dövləti olaraq silah sənayesində mühim əhəmiyyət kəsb edən ölkə sayılırdı. Gürcüstanda isə belə resurslar yoxdur və insan ehtiyatları da azdır. Yəni faktiki olaraq Qərb Gürcüstanı Rusiyanın ayaqları altına atmağa çalışırdı. Tiflis və Qərb arasında münasibətlər pozulmazdan əvvəl iki tərəf arasında əlaqələr yüksək xətlə inkişaf edirdi. Belə bir halda Gürcüstanın məhvə sürüklənməsi xoşagələn hadisə deyil. Ona görə də “Gürcü arzusu” partiyasının bəyanatında qeyd olunan məsələlər gürcü xalqının ifadəsi kimi səsləndirilə bilər. Gürcüstan heç zaman Qərbin təsiri ilə özünü fəlakətə sürükləyə bilməz”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Yanvar 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri