Paşinyan aprel ayından seçkiqabağı pensiya artımının olacağını deyib
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, Baş nazir video müraciətində, nisbətən aşağı pensiyaların 10.000 dram (təxminən 26,50 dollar), yüksək pensiyaların isə daha az məbləğdə artacağını qeyd edib.
Paşinyan artımın səbəblərinə də toxunaraq, 2025-ci ildə Ermənistan iqtisadiyyatının beynəlxalq təşkilatların proqnozalarından daha yüksək artım göstərəcəyini bildirib və bu artımın vətəndaşlar üçün əlavə imkanlar yaradacağını vurğulayıb. O, həmçinin, məcburi tibbi sığortanın 1 yanvarda qüvvəyə minməsindən sonra büdcə vəsaitlərinin ehtiyacları ödəməkdə kifayət etdiyini qeyd edib.
Baş nazirin sözlərinə görə, pensiya artımının məqsədi minimum pensiyanı istehlak səbəti ilə uyğunlaşdırmaqdır və bu dəyişikliklər 2026-cı ilin iyununa qədər tamamlanacaq. Paşinyan daha əvvəl, pensiyaların artırılmasının təqaüdçülərin səhiyyə xidmətlərinə daha yaxşı sərf etmələrinə kömək edəcəyini bildirmişdi.
Bu qərarın, 7 iyun 2026-cı ildə keçiriləcək Ermənistan parlament seçkilərindən əvvəl verilməsi, seçki dövrü ilə əlaqədar siyasi təhlillərə səbəb olub.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 25 Fevral 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















