Icma.az
close
up
RU
Paşinyan müharibə tarixini açıqladı: seçkiqabağı manipulyasiya, yoxsa...?

Paşinyan müharibə tarixini açıqladı: seçkiqabağı manipulyasiya, yoxsa...?

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanda qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar daxili siyasi mübarizə fonunda müharibə ritorikası yenidən gündəmə gəlib. Əvvəlcə erməni baş nazir Nikol Paşinyan iyun ayında keçiriləcək parlament seçkilərində müxalifətin qalib gələrək hakimiyyətə gələcəyi halda Azərbaycanla yeni müharibə riskinin yarana biləcəyini deyib. O hətta bunun üçün konkret olaraq cari ilin sentyabr ayını da tarix kimi göstərib.

Bütün bunlar ölkə daxilində həm siyasi, həm də ictimai müzakirələri alovlandırıb

Hökumət başçısına cavab gecikməyib. Son olaraq, ölkənin sabiq prezidenti Serj Sərkisyan Nikol Paşinyanın mümkün müharibə ilə bağlı səsləndirdiyi fikirləri sərt tənqid edib. Revanşist qüvvələrin liderlərindən sayılan Sərkisyan iddiaların əsassız olduğunu bildirib. Onun “nə gəldi danışırlar” kimi ifadələrlə çıxış etməsi İrəvanda siyasi ritorikanın getdikcə daha da kəskinləşdiyini göstərir.

Bu bəyanatlar real təhlükənin göstəricisidir, yoxsa seçkiqabağı siyasi manipulyasiyadır? Müharibə ritorikasının yenidən gündəmə gətirilməsi Ermənistan cəmiyyətinə hansı mesajı verir? Sərkisyanın sərt reaksiyasının arxasında nələr durur?

Publika.az xəbər verir ki, politoloq Əli Orucov bu barədə Musavat.com-a danışıb. O bildirib ki, Ermənistanda seçki ərəfəsində ictimai siyasi proseslərin qızışması gözləniləndir və hakimiyyət uğrunda mübarizədə iddiaçılar cəmiyyətə fərqli mesajlar ötürməklə elektoratı öz tərəflərinə çəkməyə çalışırlar: "Təbii ki, bu prosesdə xarici faktorlar, xüsusən də, Rusiya faktoru da rol oynamaqdadır. Üzdə olan qüvvələr nisbəti Paşinyanın xeyrinə olsa da, daxili və xarici amilləri nəzərə almaqla hadisələrin rəvan getdiyini söyləmək mümkün deyil. Açığı Azərbaycanla Ermənistan arasında müharibə riskini real hesab etmirəm. Doğrudur, gərginliklər və müəyyən təhriklərin baş verəcəyi istisna edilmir. Çünki, regionda və dünyada baş verən sürətli dəyişikliklər təzyiqləri artırsa da, bunun yenidən müharibəyə çevriləcəyini şərtləndirmir. Mövcud durum İrəvanın tam əleyhinədir. Əgər revanşistlər xam xəyallara və əvəz çıxma iddialarına düşsələr, bu Ermənistanın gələcəyini şübhə altına salar. Ancaq revaşistlərin bəzi hallarda sərt ritorikalarına və davakar ambisiyalarına baxmayaraq onların təbliğat vasitələrinin ana xətlərini məncə bunlar tutmayacaq. Həm də ona görə ki, erməni cəmiyyətinin böyük çoxluğu müharibə və yeni gərginlik ocağına qarşıdır".

Politoloq hesab edir ki, keçmiş prezidentlər- Levon-Ter Petrosyon, Köçəryan və Sərkisyan erməni cəmiyyətində geniş dəstəyə malik deyil və onların imicləri kifayət qədər mənfidir. Ona görə də, hətta Kremlin açıq dəstəyinə rəğmən onların heç biri Paşinyana ciddi rəqib ola bilmirlər. Ermənistan və Azərbaycan arasında demək olar ki, sülh əldə olunub, nəqliyyat xətləri açılır, iqtisadi ticari əlaqələrin qurulmasının konturları ətrafında intensiv müzakirələr gedir. Zənn etmirəm ki, Sərkisyan yaxud Köçəryanın başlanan bu əlaqələri qırmağa gücü çatsın. Zatən regional və beynəlxalq oyunçular da Cənubi Qafqazda qarşıdurmalara qarşıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Mart 2026 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri