Icma.az
close
up
RU
Paşinyan Azərbaycan prezidenti ilə BRICS çərçivəsində söhbəti çox vacib adlandırıb AzPolitika onlayn siyasiictimai qəzet

Paşinyan Azərbaycan prezidenti ilə BRICS çərçivəsində söhbəti çox vacib adlandırıb AzPolitika onlayn siyasiictimai qəzet

Ermənistan Baş naziri Nikol Paşinyan Kazanda BRICS sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü çox əhəmiyyətli adlandırıb.

Report-un erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Paşinyan bunu çərşənbə günü "hökumət saatı" çərçivəsində danışarkən deyib.

“BRICS sammitində iştirakı çox vacib və səmərəli hesab edirəm. Azərbaycan Prezidenti ilə əvvəlcə şəxsən, sonra isə geniş tərkibdə görüşdən məmnunluğumu ifadə etmək istəyirəm. Qeyd etməliyəm ki, aramızda belə uzun söhbət çoxdan və ya heç vaxt olmayıb. Çox vacib söhbət baş tutdu", - deyə baş nazir bildirib.

Onun sözlərinə görə, görüşlər zamanı "hesab edirəm ki, Ermənistan və Azərbaycan sülh şəraitində yaşamaq üçün təkcə sülh sazişinə və ya digər sazişlərə deyil, qarşıdakı əsrlərdə hansı modellər çərçivəsində müstəqil ölkələr kimi yanaşı yaşamağa hazırlaşdığımız barədə strateji sövdələşməyə ehtiyac var".

seeBaxış sayı:30
embedMənbə:https://azpolitika.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri