Icma.az
close
up
RU
Paşinyan Azərbaycanın şərtlərindən danışdı və özünü sülh tərəfdarı kimi göstərdi

Paşinyan Azərbaycanın şərtlərindən danışdı və özünü sülh tərəfdarı kimi göstərdi

Icma.az, Modern.az saytına istinadən bildirir.

“Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsi razılaşdırılıb və danışıqlar başa çatıb. Bu o deməkdir ki, biz sazişin imzalanması ilə bağlı müzakirələr mərhələsinə daxil olmuşuq və mən Ermənistan xalqı adından sazişi imzalamağa hazır olduğumu bildirirəm”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində yazıb.

Paşinyan Azərbaycanın sülh sazişinin rəsmi səviyyədə imzalanması üçün irəli sürdüyü iki şərtə də münasibət bildirib. O ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birinci şərti artıq qəbul etdiklərini deyib:
“Mən dəfələrlə demişəm ki, bu, Ermənistan Respublikası üçün aydın gündəmdir. Əgər biz “Dağlıq Qarabağ münaqişəsi” ilə bağlı səhifəni bağlayırıqsa, bu münaqişə ilə məşğul olan strukturun olmasının nə mənası var?”.
Baş nazirin sözlərinə görə, rəsmi İrəvan təklif edir ki, Ermənistan və Azərbaycan eyni vaxtda həm sülh sazişini, həm də ATƏT-in Minsk qrupunin ləğvi ilə bağlı birgə bəyanatı imzalasınla.
“Sülh sazişini və ATƏT-in Minsk qrupunun strukturlarının ləğvi ilə bağlı birgə bəyanatı masaya qoymaq və həm birincini, həm də ikincini eyni yerdə, eyni vaxtda imzalamaq. Bu, rəsmi təklifdir”, - baş nazir vurğulayıb.
Nikol Paşinyan Azərbaycanın sülh sazişinin imzalanması kontekstində qaldırdığı növbəti şərtə -  Ermənistan Konstitusiyasının dəyişdirilməsinə məsələsinə də münasibət bildirib.
O deyib ki, rəsmi Bakının bildirdiyi kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının yer aldığını söyləmək səlahiyyətinə malik deyil
“Ermənistan Respublikası Konstitusiyasının mətninin rəsmi şərhini yalnız Ermənistanın Konstitusiya Məhkəməsi verə bilər. Yəni Konstitusiya Məhkəməsi Ermənistan Respublikasının Konstitusiyasında nələrin olduğunu və nəyin olmadığını rəsmi şəkildə deyə bilən orqandır”, - Paşinyan əlavə edib.
O xatırladıb ki, Konstitusiya Məhkəməsi hələ 2024-cü ilin sentyabrında qeyd etmişdi ki, Alma-Ata Bəyannaməsinə əsasən, müstəqil Ermənistanın ərazisi Sovet Ermənistanının ərazisi ilə, müstəqil Azərbaycanın ərazisi isə Sovet Azərbaycanının ərazisi ilə eynidir və bunun əsasında tərəflərin 2022-ci il oktyabrın 6-da Praqada münasibətləri tənzimləmək barədə razılığa gəldikləri prinsip Ermənistan Respublikasının Konstitusiyasına tam uyğundur.
“Və buna görə də Ermənistan Konstitusiyasını şərh etmək səlahiyyətinə malik olan orqan geri alınmaz qərarı ilə müəyyən edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana və ya hər hansı başqa ölkəyə qarşı ərazi iddiaları yoxdur. Yenə deyirəm, bu, ən yüksək hüquqi qüvvəyə malik qərardır və ləğv edilə bilməz”.
“Azərbaycanın Konstitusiyamızla bağlı mövqeyinin bəhanə deyil, həqiqi narahatlıq olduğunu qəbul etsək, o zaman bu narahatlığı aradan qaldırmağın ən təsirli yolu müqaviləni imzalamamaq deyil, imzalamaqdır. Niyə? Çünki bizim qanunvericiliyimizə görə, Hökumət sülh sazişinin mətninin Konstitusiyamıza uyğunluğunu yoxlamaq üçün Ermənistan Respublikasının Konstitusiya Məhkəməsinə göndərməyə borcludur.

Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin Ermənistan Respublikasının Konstitusiyasına uyğun olmadığına qərar verərsə, o zaman Ermənistan Respublikasında müəyyən vəziyyət yaranacaq: sülh və münaqişə arasında seçim etmək zərurəti yaranacaq.
Lakin Ermənistanın Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin Ermənistan Respublikasının Konstitusiyasına uyğun olduğuna qərar verərsə, bu halda sənədin parlamentdə ratifikasiyasından sonra Konstitusiyamızın  5-ci maddəsinin 3-cü bəndi qüvvəyə minəcək. Orada deyilir: “Ermənistan Respublikasının ratifikasiya etdiyi beynəlxalq müqavilələrin normaları ilə qanunların normaları arasında ziddiyyət yarandıqda, beynəlxalq müqavilələrin normaları tətbiq edilir”.
Paşinyanın sözlərinə görə, sülh müqaviləsi həm Ermənistanda, həm də Azərbaycanda ratifikasiya edildikdən sonra ən yüksək hüquqi qüvvəyə malik olacaq.
Baş nazir deyib ki, Azərbaycanın qaldırdığı məsələlərin həlli yolu sülh sazişini imzalamamaqdan deyil, imzalamaqdan keçir.
Paşinyanın sözlərinə görə, bütün çətinliklərə və mürəkkəbliklərə baxmayaraq, hökumət və şəxsən o, sülh gündəliyindən kənara çıxmayacaq.
“Bir daha bildirirəm ki, mən Ermənistan ordusuna atəşkəsi pozmamaq barədə dəqiq göstəriş vermişəm və Ermənistan Respublikası ordumuz tərəfindən atəşkəsi pozması ilə bağlı məlumatları araşdırmağa hazırdır. Eyni zamanda, mən Azərbaycana bir daha təklif edirəm ki, sərhəd hadisələrinin, o cümlədən atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün gündəlik fəaliyyət göstərəcək birgə mexanizm yaratsın. Bu kontekstdə Ermənistanla Azərbaycan arasında yeni eskalasiyanın və hətta yeni müharibənin olacağını proqnozlaşdıran bütün söhbətlərə cavab verməyi zəruri hesab edirəm.
Müharibə üçün heç bir əsas yoxdur. Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin və ya ondan istifadə hədəsinin yolverilməzliyini tanıyıb.

Bu reallıqlara əsaslanaraq, Ermənistanda və Azərbaycanda fəaliyyət göstərən bütün qüvvələri və şəxsləri son dərəcə məsuliyyətli olmağa, yuxarıdakı məntiqə birbaşa və ya dolayısı ilə zidd olan bəyanatlar verməməyə, bu məntiqi şübhə altına almamağa çağırıram.

Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdirlər”, - Paşinyan deyib.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Aprel 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see292

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see246

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see187

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see176

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see157

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see152

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri