Icma.az
close
up
RU
Yenə erməni hiyləsi: Paşinyan özünü sülhpərvər kimi göstərdi, amma...

Yenə erməni hiyləsi: Paşinyan özünü sülhpərvər kimi göstərdi, amma...

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mərkəz rəhbəri: “Prezidentin üz ifadəsindən hiss olunurdu ki, Paşinyanın dedikləri yeni olmadığı kimi, qəbul da edilmir”

Mayın 16-da Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Liderlər iki ölkə arasında münasibətlər, sülh sazişi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə XİN başçıları və digər rəsmilər də iştirak ediblər.

Görüşdən əvvəl tərəflər arasında maraqlı dialoq da yaşanıb. Belə ki, Paşinyan Azərbaycan Prezidentini kofe içməyə dəvət edib. Prezident Əliyev isə indi söhbət etdiyini, daha sonra yaxınlaşacağını bildirib.

Baş nazir və Prezident arasında görüşlə bağlı Ermənistan Nazirlər Kabinetinin Mətbuat Xidməti xüsusi məlumat yayıb. Həmin məlumatda qeyd edilib ki, İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsi prosesi müzakirə olunub. Tərəflər sülh sazişi mətninin razılaşdırılmasını önəmli addım kimi dəyərləndiriblər və bu istiqamətdə prosesin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Məlumdur ki, Azərbaycan tərəfi Ermənistanla münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması və regionda sabitliyin təmin olunması istiqamətində konkret mövqe nümayiş etdirir. Rəsmi Bakı ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıdığı, sərhədlərin delimitasiyası və demarkasiyası, eyni zamanda, kommunikasiyaların açılması kimi əsas məsələlərin tezliklə həll olunmasının tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Həmçinin Azərbaycan tərəfi Ermənistan qarşısında iki haqlı şərt qoyub: Ermənistan Konstitusiyanın dəyişdirilməsi, əsas qanundan Azərbaycana qarşı ərazi iddialarının çıxarılması və  ⁠ATƏT-in Mins Qrupunun ləğvi ilə bağlı ortaq müraciətin razılaşdırılması.

Görüşdən bir gün əvvəl Paşinyan Azərbaycanın İctimai Televiziyasına (İTV) müsahibəsində İrəvanın mövqeyini açıqlayıb. Baş nazirin dediklərindən belə anlaşılır ki, rəsmi İrəvan Minsk Qrupunun ləğvi ilə bağlı şərtin icrasına razıdır, amma Ermənistan Konstitusiyasında dəyişiklik şərtini qəbul etmir. Güman edilir ki, Paşinyan Prezident Əliyevlə söhbətində bu mövqeyini təkrarlayıb.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını illi Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri cavablandırıb. Analitik əvvəlcə Baş nazirin Prezidenti kofe içməyə dəvət etməsi məsələsinə toxunub:

- Siyasi nəticələrə daha çox ehtiyacı olan tərəf Ermənistan göründü. Çünki Azərbaycan Prezidentinə və onun təmasda olduğu şəxslərə yaxınlaşan Ermənistanın Baş naziri oldu. Bu danışıqlara müdaxilə edən, sonda Azərbaycan liderini kofe içməyə dəvət edən də Ermənistan tərəfi idi. Təbii ki, dövlət başçıları bu siyasi toplantıya kofe içmək üçün gəlməmişdilər. Ermənistan rəhbəri oturub söhbət etmək, müzakirələrdə nələrəsə nail olmaq istəyini ortaya qoymuş oldu. Sülh sazişi məsələsinin İrəvan üçün birinci prioritet olduğu üzə çıxdı. Ermənistan rəhbərinin Azərbaycan lideri ilə sülh sazişini və digər məsələləri müzakirə etmək istəyi açıq şəkildə göründü. Təbii ki, Azərbaycan Prezidentinin ona cavabı oldu. Düşünürəm ki, bu, çox mədəni cavab idi. Doğrudur, bu jestləri həm Azərbaycanda, həm də Ermənistanda müxtəlif formada şərh edirlər. Amma mənə elə gəlir ki, Azərbaycan lideri çox mədəni, özünə yaraşan formada davranış nümayiş etdirdi. Gülümsəyərək, imtina etmədən Baş nazirə cavab verdi və sonradan liderlərin qeyri-rəsmi görüşü oldu.

- Bu görüşü necə qiymətləndirmək olar?

- Məsələ burasındadır ki, Azərbaycan tərəfinin sülhlə bağlı şərtləri aydındır. Rəsmi Bakı İrəvandan şərtlərin icrası ilə bağlı cavab gözləyir. İndiki halda Ermənistan sülhpərvər görünməyə cəhd göstərə bilər, amma Bakının şərtləri yerinə yetirilməyib. Paşinyan görüşdən əvvəl İTV-yə müsahibə verdi və Ermənistanın mövqeyini səsləndirdi. Eyni zamanda, bu müsahibəsini özünün sosial şəbəkə hesabında paylaşdı ki, demək, Baş nazir fikirlərinin yayılmasında maraqlıdır. Paşinyan bu açıqlamanı Azərbaycan, Ermənistan və dünya ictimaiyyətinə vermiş oldu. Yəqin ki, Paşinyan həmin mövqeyi Prezident Əliyevlə görüşündə bir daha qaldırıb. Amma Baş nazir həqiqətləri söyləmədi, bəzi gerçəkləri demədi. Bu da o deməkdir ki, İrəvan tərəfindən beynəlxalq ictimai rəyi çaşdırmağa cəhdlər var.

Prezident Əliyevlə Baş nazir Paşinyanın görüşünü əks etdirən kadrlara baxdıqda görünən odur ki, daha çox danışan Ermənistan rəhbəridir. Aydındır ki,  Paşinyan Azərbaycan lideri ilə görüşdə İTV-yə müsahibəsində səsləndirdiyi mövqeni bir daha təkrarladı, eyni zamanda, hansısa məqamları aydınlaşdırmağa çalışdı. Amma Azərbaycan Prezidentinin üz ifadəsindən, oturuş sərbəstliyindən də hiss olunurdu ki, Paşinyanın dedikləri yeni olmadığı kimi, qəbul da edilmir. Prezident sezdi ki, Paşinyanın mövqeyində dəyişiklik yoxdur.

- Demək istəyirsiniz ki, liderlərin görüşündə sülh sazişi məsələsində irəliləyiş əldə edilmədi...

- Ermənistanın mövqeyində dəyişiklik yoxdursa, irəliləyişdən söhbət gedə bilməz. Əlbəttə, bütün hallarda görüşlər, danışıqlar müsbət haldır. Çünki bu halda tərəflər bir-birinin mövqeyindən xəbərdar olur, mövqeləri əsaslandıra bilirlər. Güman edirəm ki, Azərbaycan Prezidenti Paşinyanla söhbətində bir daha rəsmi Bakının mövqeyini diqqətə çatdırdı və Paşinyana başa saldı ki, Ermənistanın inkişafı, tərəqqisi Azərbaycanla sülhdən keçir. Sülh üçün isə Bakının şərtlərinin qəbul və icra edilməsi əsasdır.

Qeyd edim ki, tədbir çərçivəsində Azərbaycan, Ermənistan və Türkiyə liderinin ayaqüstü qısa bir söhbəti də oldu. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın görüş zamanı jestinə diqqət etmək lazımdır. Türkiyə Prezidenti əli ilə “əla” işarəsi göstərdi. Ərdoğan Paşinyana başa saldı ki, İrəvan Bakı ilə sülh sazişi imzalayacağı təqdirdə hər şey “əla” olacaq. Ermənistan rəhbərinə çatdırıldı ki, bu dövlətin əsas təhlükəsizliyi Azərbaycan və Türkiyə ilə münasibətlərdən keçir. Yəni Paşinyana bu minvalla Ermənistanın xilası yolu göstərildi.

- Ermənistan bu mesajlardan nəticə çıxaracaqmı?

- Hesab edirəm ki, artıq Paşinyan və onun komanda üzvləri anlayırlar ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin nizama salınması tələb olunur. Ermənistan Qərbə inteqrasiya qərarı qəbul edibsə, bu, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. Tiranadakı tədbirdə hər kəs kimi, Ermənistan da anladı ki, əsas diqqət Azərbaycan liderinədir. Bu, qətiyyən şişirtmə deyil, reallıqdır. Avropa anladı ki, Cənubi Qafqazın əsas gücü və strateji dövləti Azərbaycandır və Bakı ilə münasibətləri qaydasında saxlamaq lazımdır. Əvvəl Avropa bunu qəbul etmirdi, amma Azərbaycan liderinin Çinə səfərindən, Pekindəki müzakirələr və qərarlardan sonra düşüncələrdə xeyli dəyişiklik oldu. Hesab edirəm ki, Ermənistan rəhbərliyi də bunu anlayır və Avropanın Azərbaycana yanaşmasında dəyişikliyi görür. Ona görə də, İrəvanın mesajlardan nəticə çıxarması özləri üçün lazımlıdır. Əgər nəticə çıxarmayacaqlarsa, o zaman itirən Ermənistan olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://ayna.az
archiveBu xəbər 20 May 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri