Paşinyan Azərbaycanla iqtisadi əməkdaşlığın genişlənəcəyinə ümid edir
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla iqtisadi əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Ölkə.az-ın "Report"a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə bəyan edib.
Paşinyanın sözlərinə görə, iki ölkənin münasibətlərində iqtisadi gündəm siyasi gündəm üzərində üstünlük təşkil etməyə başlayır.
"Görünür, iqtisadi gündəm siyasi gündəm üzərində üstünlük təşkil edir və bu, yaxşı haldır, çünki siyasi proqramlar iqtisadi proqramlara xidmət etmək üçün nəzərdə tutulub. 8 avqust hadisələri (Vaşinqton sammiti, 2025-ci il) iqtisadi əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar açdı və mən Ermənistanla Azərbaycan arasında ticarət dövriyyəsinin formalaşmasına şadam", - o bəyan edib.
Paşinyan həmçinin ümidvar olduğunu bildirib ki, yaxın zamanlarda ölkələr təkcə bir-birindən mal idxal etməklə kifayətlənməyəcək, həm də tammiqyaslı ikitərəfli ixrac əlaqələri quracaq.
Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması perspektivlərini şərh edən Baş nazir qeyd edib ki, hələlik bu prosesin başa çatacağı konkret vaxtı demək çətindir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 05 Mart 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















