Icma.az
close
up
RU
Paşinyan Bakıda tez tez təkrarlanan cümləni dedi Gözlənilməz qərar

Paşinyan Bakıda tez tez təkrarlanan cümləni dedi Gözlənilməz qərar

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin əvvəlki konstitusiya referendumları xalqın iradəsini əks etdirmir.

“Ədliyyə sektorunda problemlər məhz buna görə yaranır. Və bu boşluq, digər məsələlərlə yanaşı, bütün konstitusiya referendumlarında ictimaiyyətin rəsmi nəticələrin xalqın iradəsini ifadə etmədiyi və ya tam ifadə etmədiyinə əmin olması ilə bağlıdır”, – o deyib.

Paşinyan Ermənistan konstitusiyasının yeni mətninin hazırlanmasını (dəyişdirilməsini) sürətləndirir. Bunu daxili problemlərlə əlaqəndirsə də, səbəblər fərqlidir. Əvvəlcə onu deyim ki, rəsmi Bakı bu məsələdə İrəvana güzəşt etmir. Yəni Azərbaycan tərəfi Ermənistan konstitusiyası və Müstəqillik Bəyannaməsindəki ərazi iddialarının dəyişməsini dəfələrlə tələb edib və etməkdədir.

Konstitusiyanın dəyişdirilməsi indiki məqamda Paşinyan üçün də vacibdir. Yəni Bakının bu yöndəki israrlı mövqeyini öz maraqları üçün istifadə etmək istəyir. Aydındır ki, konstitusiya dəyişiklikləri bir çox hallarda mövcud hakimiyyətlərin, ya da liderlərin hakimiyyətini pərçimləmək üçün edilir. Paşinyan da bu yolla hakimiyyət müddətini, səlahiyyətlərini artıra bilər.

Paşinyan bəyan etmişdi ki, o, konstitusiyaya əsaslanan “erməni iddialarını” sıradan çıxarmaq və “Real Ermənistan” qurmaq istəyir. Bu konsepsiya “Böyük Ermənistan” ideologiyasından çıxıb, daha kiçik, amma müdafiəsi asan Ermənistan deməkdir. Əslində, Paşinyanı buna sövq edən əsas səbəb Azərbaycanın Qərbi Azərbaycan məsələsində günü-gündən artan dövlət siyasətidir. Qərbi Azərbaycan icmasının artıq beynəlxalq sferada özünü tanıtması Paşinyanı narahat edir. Buna görə o, “Real Ermənistan” qurmaq istəyir.

Paşinyanın “Real Ermənistan” konsepsiyasının əsasını Azərbaycanın yaratdığı yeni reallıqlar tutur. Bakı hələlik prosesi izləyir. Prinsipcə Bakını maraqlandıran məsələ sülhün ən qısa zamanda imzalanması və qalıcı olmasıdır. Paşinyanın “Real Ermənistan” konsepsiyası Azərbaycan reallıqlarına əsaslanacaqsa və regionda sülhə töhfə verəcəksə, bunu ilk Bakı dəstəkləyə bilər.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Aprel 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri