Bakıda arvadını döyən ərin işində gözlənilməz qərar
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının Xəzər rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayət tərkibli xəsarət nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadığı evdə baş verib. Xaçmaz rayon sakini, 1968-ci il təvəllüdlü Əsəd evində arvadı Tahirə (adlar şərtidir – red.) ilə mübahisə edib. Bu zaman o, əli ilə qəsdən vuraraq arvadına bədən xəsarəti yetirib.
Faktla bağlı Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını deyib.
Zərərçəkmiş şəxs də ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti olmadığını bildirib.
Xəzər rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Arvadını süpürgə ilə döyən ərin cəzası bəlli oldu
04 Avqust 2026 18:34
Bakıda keçmiş arvadını döyən kişi cəzalandırılmadı
27 Avqust 2026 18:47
Bakıda arvadını döyən kişi ev dustağı edildi
04 Mart 2025 17:03
Bakıda qısqanclıq zəminində arvadını döyən kişi cəzalandırıldı TƏFƏRRÜAT
28 İyul 2025 12:06
Bakıda arvadını döyən kişi islah işləri cəzası aldı
30 İyul 2025 16:31
Baxış sayı:67
Bu xəbər 03 İyun 2026 18:31 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları