Icma.az
close
up
RU
Paşinyan Bakıya baxıb hərəkət edir: Parad ideyası Nikola nə verəcək? KONKRET

Paşinyan Bakıya baxıb hərəkət edir: Parad ideyası Nikola nə verəcək? KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

“Ermənistanda parad keçirilməsi ideyasının gündəmə gəlməsi bir tərəfdən simvolik dövlətçilik mesajı kimi təqdim olunsa də, arxa planda revanşist meyllərin canlanması ehtimalını tamamilə istisna etmir. 2020-ci il müharibəsindən sonra Ermənistan cəmiyyətində hərbi-siyasi xəyal qırıqlığı dərinləşmiş, ordunun nüfuzu zərbə almışdı. Paşinyan hökuməti bu fonu dəyişdirmək üçün illərdir ordunu siyasətdən uzaq tutmağa, komandir heyətini yeniləməyə və “siyasi qərarları hərbçilər deyil, mülki rəhbərlik verir” prinsipini gücləndirməyə çalışırdı. Lakin parad təşəbbüsü bu balansı müəyyən qədər poza bilər, çünki hərbi atributların önə çıxarılması avtomatik olaraq cəmiyyətdə “yenidən güc nümayişi” psixologiyasını dirçəldir”.

Bu fikirləri politoloq Züriyyə. Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib.

“Paradın təşkili Ermənistan daxilində müəyyən qüvvələr, xüsusilə müharibədə məğlubiyyəti qəbul etməyən siyasi dairələr tərəfindən revanşist mesaj kimi qavranıla bilər. Bəzi radikal çevrələr üçün hərbi parad “yenidən mübarizəyə hazırıq” imicinin formalaşdırılması üçün əlverişli platformadır.

Bu isə Paşinyanın uzun müddət qurmağa çalışdığı mülki nəzarət modelini zəiflədə, ordunun yenidən siyasi proseslərə alət edilməsi riskini artıra bilər. Ordunun cəmiyyət qarşısında nümayiş etdirilməsi, texnikanın və şəxsi heyətin diqqət mərkəzinə çıxarılması həm ictimai emosiyaları, həm də siyasi qütbləşməni dərinləşdirir”.

Politoloq qeyd edir ki, digər tərəfdən, parad ideyası Ermənistan hökumətinin öz daxilində də ziddiyyət yarada bilər.

“Paşinyan bir tərəfdən Qərb yönümlü islahatlara, hərbi-siyasi revanşizmdən uzaqlaşmağa çalışır, digər tərəfdən isə parad kimi addımlar daxildə “hökumət geri addım atır” rəyini gücləndirir. Bu, həm siyasi nəzarət mexanizmlərini zəiflədə, həm də müharibə ritorikasını yenidən gündəmə gətirir. Regionda Azərbaycanla sülh danışıqları aparıldığı bir dövrdə belə simvolik hərbi nümayişlər gərginlik riskini artırır və Ermənistanın öz daxilində kompromis xəttini zəiflədir”.

Z. Qarayeva sonda əlavə edib ki, parad təşəbbüsü formal olaraq dövlətçilik jesti sayılsa da, onun siyasi və psixoloji təsirləri Ermənistan üçün birmənalı deyil.

“Bu addım həm revanşist meylləri dirçəldə, həm də Paşinyanın ordunu siyasətdən uzaqlaşdırmaq strategiyasına zərbə vura bilər. Bu da Ermənistanın həm daxili, həm də regional sabitlik baxımından daha həssas bir mərhələyə daxil olduğunu göstərir”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Noyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri