Icma.az
close
up
RU
Paşinyan BMT də Zəngəzur dəhlizinin əhəmiyyətindən və Konstitusiya dəyişikliyindən danışıb

Paşinyan BMT də Zəngəzur dəhlizinin əhəmiyyətindən və Konstitusiya dəyişikliyindən danışıb

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paşinyan BMT-də Zəngəzur dəhlizinin Ermənistan üçün beynəlxalq əhəmiyyətindən danışıb
avqust 2025-ci ildə Vaşinqtonda İrəvanla Bakı arasında imzalanan Azərbaycan Respublikasının materik hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisi vasitəsilə maneəsiz əlaqəni əhatə edəcək ki, bu da Ermənistana beynəlxalq və daxili səyahətlər baxımından qarşılıqlı fayda gətirəcək.

Ölkə.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasında çıxışı zamanı deyib.

Paşinyan əlavə edib ki, İrəvan Zəngəzur dəhlizinin açılması istiqamətində ABŞ-la əməkdaşlıq edəcək və Ermənistan ərazisində Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu (və ya TRIPP Yolu) kommunikasiya proqramının həyata keçirilməsi çərçivəsini müəyyən etmək üçün üçüncü tərəflərlə razılaşıb: “TRIPP infrastruktur layihəsi ABŞ və Ermənistan arasında ikitərəfli razılaşdırılmış biznes modeli çərçivəsində Ermənistanda həyata keçiriləcək. Müxtəlif infrastruktur obyektlərindən ibarət olan TRIPP marşrutu həm regional, həm də qlobal əhəmiyyətə və təsirə malik olacaq.

Belə ki, avqustun 8-də Vaşinqtonda elan edilmiş “TRİPP” layihəsi çərçivəsində Şərqi Qərblə birləşdirən dəmir yolu, avtomobil yolu, boru kəmərləri, elektrik xətləri Ermənistan ərazisindən keçəcək. Bu müqavilə həm də Şimalı Cənubla birləşdirəcək.

TRIPP infrastruktur layihəsi üçün boru kəmərlərinin, elektrik xətlərinin və kabellərin inkişaf etdirilməsi perspektivi ilə Ermənistan və Türkiyə arasında sərhədin və buna görə də mövcud dəmir və avtomobil yollarının açılması böyük əhəmiyyət kəsb edir”.

Bundan əlavə, Paşinyan Konstitusiyaya ediləcək dəyişikliyin tarixini açıqlayarkən deyib ki, 2026-cı il parlament seçkilərində növbəti dəfə xalqın mandatını əldə edərək, yeni Konstitusiyanın qəbulu üçün ümumxalq referendumunun keçirilməsi təşəbbüsü ilə çıxış edəcəklər: “Nəticədə hakimiyyətin bütün qolları və qurulmuş hüquqi quruluş konstitusiya quruluşuna, yəni xalqa üzvi şəkildə bağlanaraq Ermənistanın dövlətçiliyini güclü və xalq mərkəzli edəcək”.

O, hazırda Avropa Şurası Parlament Assambleyasının sessiyasında iştirak etmək üçün Strasburqda işgüzar səfərdədir.

Paşinyanın səfər çərçivəsində AŞPA-nın sədri Teodoros Russopulos, Avropa Şurasının baş katibi Alain Berset, Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Mattias Quillomar və Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O'Flaherti ilə görüşlər nəzərdə tutulub.

Sentyabrın 30-da baş nazir Paşinyan AŞPA-nın dördüncü sessiyasının plenar iclasında çıxış edəcək.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Sentyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri