Icma.az
close
up
RU
Paşinyan bu qadını parlamentin yeni sədri görmək istəyir DOSYE

Paşinyan bu qadını parlamentin yeni sədri görmək istəyir DOSYE

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ermənistan KİV-nin məlumatına görə, Baş nazir Nikol Paşinyan gələcək parlamentdə yeni spiker görmək istəyir. Paşinyan hazırda parlamentə rəhbərlik edən spiker Alen Simonyanı Ermənistanın ABŞ-dakı keçmiş səfir Lilit Makuntsun əvəzləməsinə çalışır.
Hakim “Vətəndaş müqaviləsi” Partiyası seçki siyahısını təsdiqləmək üçün 15 fevralda qurultay keçirəcək. Qurultayda partiyanın parlament sədrliyinə namizədinin də adı elan olunacaq. Bu namizədin Lilit Makunts olacağı artıq məlumdur.
Modern.az Ermənistan mənbələrinə istinadən Lilit Makuntsun qısa dosyesini təqdim edir:

Lilit Kamoevna Makunts 7 noyabr 1983-cü ildə İrəvanda anadan olub.

2003-cü ildə İrəvan Dövlət Universitetinin Roman-German Filologiyası fakültəsini bitirib və 2005-ci ildə həmin fakültədə magistr dərəcəsi alıb. Filologiya üzrə doktorluq dərəcəsinə malikdir.

O, 2015-ci ildə ABŞ-ın Tafts Universitetinin Fleçer Fəlsəfə Məktəbində yay kurslarında iştirak edib.

2005-ci ildən Ermənistan-Rusiya Universitetində dərs deyib.
2016-cı ildən 2018-ci ilə qədər ABŞ Sülh Korpusunda müqaviləli işçi kimi çalışıb.

2018-ci ilin fevral-may aylarında Ermənistan-Rusiya Universitetinin Beynəlxalq Əlaqələr və Əməkdaşlıq şöbəsinin müdiri işləyib.

12 may 2018-ci ildən 14 yanvar 2019-cu ilədək Ermənistan Respublikasının mədəniyyət naziri vəzifəsini tutub.

Hakim “Mülki müqavilə” Partiyasının üzvüdür.

9 dekabr 2018-ci ildə parlamentin deputatı seçilib. 2019-cu ilin yanvarında "Mənim addımım" parlament fraksiyasının rəhbəri olub.
2021-ci ilin 2 avqustunda diplomatik təcrübəsi olmayan Lilit Makunts Ermənistanın ABŞ-dakı səfiri təyin edilib. Onun təyinatı həm Ermənistanın özündə, həm də ABŞ-dakı erməni diasporu arasında tənqid olunub.
Lilit Makunts 2025-ci il avqustun 8-də Ermənistanın ABŞ-dakı səfiri vəzifəsindən geri çağırılıb. Onun yerinə keçmiş əmək və sosial məsələlər naziri Narek Mkrtçyan təyin edilib.
2025-ci il avqustun 29-da Lilit Makunts Ermənistan Baş nazirin baş müşaviri təyin edilib.
A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Yanvar 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri