Icma.az
close
up
RU
Paşinyan yeni tamaşa istəyir

Paşinyan yeni tamaşa istəyir

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyana debatlar təklif etməklə İrəvandakı bulanıq siyasi həyatı çalxalandıraraq, daha da bulandırıb.

"Sabiq"lərə ünvanlanan bu çağırış təkcə erməni cəmiyyətinin yox, beynəlxalq müşahidəçilərin də diqqətini cəlb edib. Amma bu səs-küylü təklifin arxasında nə dayanır və niyə bu qədər saxta, hətta gülünc təsir bağışlayır?

"Əvvəlki prezidentlərin Dağlıq Qarabağ üzrə danışıqlar prosesinə dair bugünkü paylaşımıma öz nümayəndələri vasitəsilə reaksiya vermələri yaxşıdır. Lakin mən nümayəndələrin arxasında gizlənmirəm və düşünürəm ki, onlar da gizlənməməlidirlər. Söylədiklərimi keçmiş prezidentlərlə canlı müzakirə formatında əsaslandırmağa hazıram. Bu gün mənim paylaşımıma etiraz edən prezidentlərin cavabını gözləyirəm", - deyə Nikol Paşinyan "Facebook"da yazıb.

N.Paşinyan öz açıqlamasında 1994-cü ildən etibarən "Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin yalnız regionun Azərbaycanın nəzarətinə qaytarılmasına yönəldiyini iddia edir. Bu sözlər təkcə onun siyasi rəqibləri arasında deyil, ekspertlər arasında da kəskin tənqidə səbəb olub.

Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan, yəni uzun müddət danışıqların idarəsində olmuş şəxslər, bu interpretasiyanı qətiyyətlə rədd ediblər. Hətta Köçəryanın nümayəndələri Paşinyanın bəyanatını "manipulyasiya" adlandıraraq, bunun baş nazirin siyasətindəki uğursuzluqları gizlətmək və artan ictimai narazılıq fonunda mövqeyini möhkəmləndirmək məqsədi daşıdığını iddia ediblər.

N.Paşinyanın bəyanatı onun 2020-ci ildə Ermənistanın Qarabağ münaqişəsində məğlubiyyətindən sonra öz hərəkətlərini əsaslandırmaq cəhdlərinin ilk nümunəsi deyil. Sələflərini ittiham etməklə, Paşinyan öz hökumətinin uğursuzluqlarına görə məsuliyyəti üzərindən atmağa və özünü əvvəlki idarəetmənin "qurbanı" kimi təqdim etməyə çalışır.

Ancaq bir çox analitiklər bu bəyanatda faktların təhrif olunmasını görür. Beynəlxalq sənədlərə görə, danışıqlar prosesi, həqiqətən də, işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasını və Qarabağdakı erməni əhalisi üçün təhlükəsizlik və muxtariyyət zəmanətlərini nəzərdə tuturdu.

Paşinyan, görünür, bu mürəkkəb prosesi sadələşdirərək, öz qərarlarını əsaslandırmağa çalışır - halbuki onun qərarları münaqişəni daha da kəskinləşdirmiş,Ermənistanı məğlubiyyətə aparmışdı.

Paşinyanın debat təşəbbüsü daha çox siyasi manevr təsiri bağışlayır, nəinki həqiqəti tapmaq cəhdi. Köçəryan kimi keçmiş prezidentlər, baş naziri "gülünc obraz" adlandıraraq və onun konstruktiv dialoq aparmaq bacarığını şübhə altına alaraq, bu təşəbbüsdən imtina ediblər. Debatların baş tutmamasının səbəbləri aydındır. Çünki Nikol Paşinyanın təklif etdiyi debat formatı açıq-aşkar onun xeyrinə işləyir. İnformasiya resurslarına nəzarət etdiyi üçün o, müzakirələri özünə sərfəli istiqamətə yönəldə bilər. Bundan başqa, Serj Sarqsyanla Robert Köçəryan hakimiyyətdə olduqları zaman çoxsaylı marazmatik və idiotik qərarlar verdiklərin bildiklərindən debatdan yayınırlar. Və ən nəhayət, debatlar əsas məsələləri həll etməyəcək, əksinə, Ermənistan cəmiyyətindəki parçalanmanı daha da dərinləşdirəcək.

Bəs yaxşı, belədirsə, Nikol Paşinyan niyə debat təşəbbüsü ilə çıxış edib?

İlk baxışdan bu, açıq fikirli olmaq və mürəkkəb məsələləri müzakirə etməyə hazır olmaq istəyinə bənzəyir. Amma əslində, bu, ehtimal ki, ölkənin real problemlərindən diqqəti yayındırmaq cəhdidir. İqtisadi böhran, hakimiyyətə olan etimadın azalması, beynəlxalq təcrid - bütün bunlar cavab tələb edir, amma Paşinyan bu cavabları verə bilmir.

Bundan əlavə, keçmiş prezidentlərlə debatlar onun özünü dialoqa hazır lider kimi göstərməsinə imkan verərdi ki, bu da xüsusilə mümkün seçkilər ərəfəsində əhəmiyyətlidir. Beləliklə, bu təşəbbüs, böyük ehtimalla, onun öz imicini möhkəmləndirmək üçün hazırlanmış siyasi strategiyadır.

Paşinyanın təşəbbüsü Ermənistan cəmiyyətində onsuz da dərin olan parçalanmanı daha da gücləndirir. Konsensus axtarışı əvəzinə, hakimiyyət və müxalifət bir-birini ittiham etməkdə davam edir və eyni zamanda, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması kimi əsas məsələlərin həllinə mane olur.

Paşinyanın debat təklifi - məsuliyyəti başqalarının üzərinə yükləmək və öz uğursuzluqlarını gizlətmək cəhdidir. Boş sözlər və ittihamlar əvəzinə, hazırkı hakimiyyət Ermənistanın qarşısında duran real problemlərin həllinə və həm ölkə daxilində, həm də xaricdə etimadın bərpasına fokuslanmalıdır.

Paşinyanın Qarabağ üzrə danışıqlar prosesinin məzmunu ilə bağlı son bəyanatları sadəcə növbəti "sensasiya" deyil, həm də diqqətlə hesablanmış siyasi addımdır. 1994-cü ildən etibarən danışıqların yalnız Qarabağın Azərbaycanın tərkibinə qaytarılması ətrafında aparıldığını iddia etmək, onun hazırkı addımlarını əsaslandırmaq cəhdi kimi görünür.

Amma niyə bu bəyanat məhz indi səsləndirildi? Cavab sadədir: Paşinyan ictimaiyyətin diqqətini hazırkı uğursuzluqlarından, daxili tənqidlərin artmasından və müxalifətin narazılığından yayındırmağa çalışır.

ATƏT-in Minsk Qrupu ətrafında yaranmış vəziyyət, onun tamamilə dağılması və Ermənistanın əvvəlki mövqelərinə beynəlxalq dəstəyin olmaması Paşinyan üçün ciddi zərbə oldu. İndi o, öz addımlarına yeni bəraətlər tapmalı və eyni zamanda "sülhsevər" lider obrazını saxlamağa çalışır.

Paşinyanın ritorikasında ən diqqətçəkən məqam onun özünə eyni vaxtda həm qərarlı islahatçı, həm də milli lider obrazını geyindirmək cəhdidir. O, "səhv"lərini açıq şəkildə etiraf etsə də, əməlləri elan etdiyi dəyişikliklərə hazır olmadığını göstərir.

Məsələn, Paşinyan bəyanatlarında onun "patriotizminin" danışıqlar prosesinin mahiyyətini dərhal başa düşməsinə imkan vermədiyini vurğulayır. Amma keçmişdə o, "Qarabağ - Ermənistandır və nöqtə" deyərək, beynəlxalq ictimaiyyəti təhrik edir, qarşıdurmanı gücləndirirdi.

Onun Cıdır düzündəki rəqslərini və Azərbaycan mədəniyyətinə, tarixinə tamamilə hörmətsizliyini də unutmaq olmaz. Bu epizodlar onun hazırkı bəyanatlarının səmimiyyətinə şübhələri daha da artırır.

Paşinyan 2020-ci il hadisələrindən - Ermənistanın Qarabağ münaqişəsində məğlubiyyətindən uzaqlaşmağa çalışaraq, öz hərəkətlərini əvvəlki rəhbərlərin xəttinin davamı kimi göstərir. Amma faktlar əksini deyir. Məhz onun təxribatçı bəyanatları və siyasəti, o cümlədən, Tovuz istiqamətində qarşıdurmalar, İkinci Qarabağ müharibəsinin katalizatoru oldu.

Azərbaycanın dinc şəhərlərinə raket hücumları, dinc sakinlərin ölümü, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməməsi - bütün bunlar təkcə əvvəlki Ermənistan rəhbərliyinin deyil, həm də şəxsən Nikol Paşinyanın vicdanında qalmışdır.

Müharibədən sonra Ermənistan Qarabağdakı separatçı qüvvələri dəstəkləməyə, yüzlərlə azərbaycanlının həyatını itirməsinə səbəb olan minalanmış ərazilərlə bağlı terror aktlarına töhfə verməyə davam edirdi. Məhz bu, Azərbaycanı Qarabağda antiterror əməliyyatı keçirməyə və münaqişəyə son qoymağa məcbur etdi.

Paşinyanın etirafları tövbə aktı deyil, növbəti siyasi manevr kimi görünür. Onun Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmaqdan imtinası, real dəyişikliklərə hazır olmadığını göstərir.

Beynəlxalq arenada Paşinyan özünü "sülh göyərçini" kimi göstərməyə çalışsa da, ölkə daxilində millətçi ritorikadan istifadə etməyə davam edir. Bu, ona xarici aktorların tələbləri ilə daxili siyasi reallıqlar arasında balanslaşdırmağa imkan verir.

Ermənistan və Fransanın BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnaməsi qəbul etdirmək cəhdləri də Paşinyanın riyakarlığını sübut edir. O, həm sələflərini uğursuzluqlarda ittiham edir, həm də onların xəttini davam etdirərək böhranı daha da dərinləşdirir.

Paşinyan Ermənistan siyasətində böhranın simvolu olaraq qalır. Onun ziddiyyətli bəyanatları, ictimai fikirlə manipulyasiya cəhdləri və islahatlara real hazır olmaması Ermənistan ilə qonşuları arasındakı uçurumu daha da dərinləşdirir.

Ermənistanın gələcəyi üçün yalnız keçmiş səhvləri etiraf etmək deyil, həm də Paşinyanın siyasətinin əsasını təşkil edən revanşist ritorikadan imtina etmək vacibdir.

Bunun üçünsə intellekt, cəsarət və müdriklik gərəkdir...

Elçin Alıoğlu
Trend

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Dekabr 2024 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri