Paşinyan əli azərbaycanlıların qanına batan Babayanı belə zərərsizləşdirdi KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Qarabağdan Ermənistana gedən insanları Nikol Paşinyanın əleyhinə qaldıran qüvvələr, onların vasitəsi ilə baş nazirə qarşı kampaniya aparmağa cəhd göstərirlər. Qarabağ klanının son ümid yeri olan ermənilər hökumətə qarşı mitinqlərə cəlb edilir və aksiyalarda Paşinyanın siyasətini pisləyən bəyanatlar səsləndirirlər. Kampaniyanın başında dayanan isə sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyandır. Bundan əlavə əli minlərlə azərbaycanılının qanına batan, 2023-cü ilin sentyabrında güclə qaçıb canını qurtaran Samvel Babayan da hökumətə qarşı əks mövqeyi ilə seçilir.
KONKRET.az xəbər verir ki, Paşinyan Babayanı artıq “zərərsizləşdirə” bilib. “Hraparak” yazır ki, hökumət Babayana tikinti tenderləri üçün müəyyən kvota ayırıb. Paşinyan Babayan vasitəsi ilə Qarabağdan gələn ermənilərə beş-on dram verməklə onların səsini “kəsib”. Bu, da hər iki tərəfi tam qane edir. Plana görə iri tenderləri “udan” Samvel Babayan bununla öz ətrafına narazı erməniləri toplayır və onları siyasi oyunlardan kənar saxlayır. “Hraparak” eyni zamanda gələn il keçiriləcək seçkilərdə hakimiyyətin Babayana dəstəyini də istisna etmir.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 04 Fevral 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















