Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Paşinyan əlini daha da gücləndirir: Rusiyaya qarşı gediş

Paşinyan əlini daha da gücləndirir: Rusiyaya qarşı gediş

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Ermənistanda Avropa Siyasi Birliyinin 8-ci sammiti keçirilir. 

Tədbirdə dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatlar daxil olmaqla 50-yə qədər nümayəndə heyəti iştirak edir. Bu zirvə görüşü adi rotasiya qaydasına uyğun olaraq Ermənistanda baş tutsa da, Nikol Paşinyan hakimiyyəti üçün ciddi siyasi və strateji əhəmiyyətə malikdir. 

İlk növbədə, bu sammitin İrəvanda keçirilməsi və Ermənistan rəhbərliyinin ikitərəfli görüşlər çərçivəsində verilən bir sıra siyasi mesajlar Baş nazir Nikol Paşinyanın Avropa İttifaqına inqterasiya siyasətinə sadiqliyini nümayiş etdirmək üçün yeni pəncərə açır. 

Qeyd edək ki, Avropa ölkələri Nikol Paşinyanın Qərbyönümlü siyasi kursuna dəstək versələr də Ermənistana Rusiyanın müttəfiqi kimi baxmaqda davam edir. 

2025-ci in mart ayında rəsmi İrəvan “Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun da qəbul edib. Son zamanlar yayılan məlumatlara görə, Avropa İttifaqına üzvlük məsələsi Ermənistanın yeni konstitusiyasına daxil ediləcək. 

Ermənistan mətbuatının yazdığına görə, Avropa İttifaqına inteqrasiya məsələsi əsas siyasi məqsədlərdən biri kimi yeni konstitusiyanın preambula hissəsində təsbit olunub. Lakin Ermənistanın Rusiya ilə hərbi müttəfiq olması Avropa İttifaqı və buqumla müttəfiq olan ölkələrlə əməkdaşlığa ciddi maneə yaradır. 

Nikol Paşinyan dəfələrlə qapalı və açıq keçirilən danışıqlarda Ermənistanın təhlükəsizliyinə Avropadan təminat almağa çalışsa da, buna nail ola bilməyib. 

Qərb dövlətləri hesab edir ki, müqavilə-hüquq bazasında Ermənistanın təhlükəsizliyinin təminatçısı Rusiyadır. Eyni zamanda, Ermənistan ərazisində Rusiyanın hərbi bazası var. 

Bundan başqa, Ermənistan Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ona görə də Avropa İttifaqı Ermənistandan Rusiya ilə hərbi müqavilələrə xitam verməyi və KTMT-dən çıxmağı tələb edir. 

Nikol Paşinyan hakimiyyəti üçün KTMT-ni tərk etmək asan olsa da, Rusiya hərbi bazasını 2040-cı ildə müqavilə müddəti başa çatana qədər Ermənistan ərazisindən çıxartmaq hələ ki, mümkün görünmür. 

Digər tərəfdən, Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişi imzalanana qədər daha çox balanslaşdırılmış xarici siyasi kursu saxlamağa və Moskva ilə qarşıdurmadan yayınmağa çalışır. Lakin Avropa İttifaqı Ermənistana gələcəkdə üzvlüyə namizəd statusu vermək üçün Paşinyandan Rusiya tərəfindən yaradılmış Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyi kimi təşkilatlardan çıxmağı da tələb edir. 

Parlament seçkilərində Nikol Paşinyan qalib gələrsə, perspektivdə KTMT, AİB və MDB kimi qurumların sıralarını tərk etməyə qərar verəcəyi gözlənilir. Ermənistanın Moldovanın senarisi ilə hərəkət etdiyinə dair yayılan məlumatlar da bununla bağlıdır. 

Bu baxımdan, sammitin Ermənistanda keçirilməsi Nikol Paşinyanın avrointeqrasiya kursuna sadiqliyini sübut etmək fürsəti yaradır. 

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın “Ermənistan Avropa İttifaqının ürəyidir”-deməsi rəsmi İrəvanın Rusiyanın deyil, Qərbin yanında yer aldığına dair mesajı özündə ehtiva edir. 

Avropa Siyasi Birliyinin zirvə görüşünün Ermənistanda keçirilməsinə iyunun 7-də keçiriləcək parlament seçkiləri kontekstində də yetirilməlidir. Paşinyan bu tədbirə seçkilər öncəsi mövqelərini möhkəmlətmək imkanı kimi baxır. 

Rusiyanın və revanşist müxalifətin təzyiqləri qarşısında Nikol Paşinyanın Qərbin siyasi dəstəyinə ehtiyacı var. Bu baxımdan, seçkilərə bir ay qalmış Avropa liderlərinin İrəvana səfəri Nikol Paşinyanın əlini gücləndirən amil kimi çıxış edir. 

Qərbdəki erməni diasporunun Rusiya ilə müqayisədə daha güclü olduğunu və Ermənistan müxalifətinə dəstək nümayiş etdirdiyini nəzərə alsaq, Britaniya, Fransa, Almaniya liderlərinin, Avropa İttifaqına rəhbərlik edən şəxslərin İrəvana səfəri Paşinyan üçün xarici təzyiqlərin qarşısının alınmasında mühüm rol oynaya bilər. 

Qeyd edilən kontekstdə, sözügedən zirvə görüşünə Ermənistanda Avropa İttifaqı və Rusiya arasında geosiyasi landşaftın dəyişməsi prosesinin tərkib hissəsi kimi baxmaq lazımdır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan sammit

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 May 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri