Icma.az
close
up
RU
Paşinyan Əliyevə görə 106 illik ənənəni dağıtdı Bunu edən olmamışdı

Paşinyan Əliyevə görə 106 illik ənənəni dağıtdı Bunu edən olmamışdı

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Azərbaycan vasitəsilə Ermənistana tranzit yüklərin daşınması və ikitərəfli ticarətin başlanması üçün şərait yaradılması qərarına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Paşinyan regional iqtisadi inteqrasiyanı gücləndirmək üçün Ali Avrasiya İqtisadi Şurasının üzv dövlətləri və müşahidəçilərlə konstruktiv dialoqun vacibliyini vurğulayıb. O, daxili bazarın rahat işləməsi, maneələrin aradan qaldırılması, rəqəmsallaşdırma və tənzimləmə prosedurlarının sadələşdirilməsinin Ermənistan üçün prioritet olduğunu bildirib.

Baş nazir bərabərlik, suverenlik və milli yurisdiksiyaya əsaslanan ticarət və logistika əməkdaşlığının inkişafına xüsusi diqqət yetirib və bu qərarı regionda sülh və sabitliyin bərqərar olmasında ilk böyük nailiyyətlərdən biri kimi qiymətləndirib.

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, 1920-ci ildə Ermənistan SSR yaradıldıqdan bu günə qədər ilk dəfədir bir erməni lider bu kontekstdə Azərbaycan dövlət başçısına təşəkkür edir:

“Prezident İlham Əliyev hərb meydanında qalib gəldiyi dövlətin başçısına sülh və əməkdaşlıq əlini uzadıb. Bu, İkinci Qarabağ müharibəsindən sonra baş verib, lakin ilk dəfədir bu addıma Ermənistan tərəfdən açıq cavab gəlir. İrəvan rəsmi olaraq MDB kürsüsündən belə bir addım atıb.


Füzuli Qurbanov

Paşinyan bu addımı ilə faktiki olaraq Azərbaycanın sülhsevər mövqeyini və regionda kommunikasiyaların açılması ilə bağlı konstruktiv yanaşma sərgilədiyini etiraf edir. Yəni göründüyü kimi bir tərəfdən ölkə başçısının regional və qlobal miqyasda nüfuzunun səviyyəsi ortaya qoyulur, digər tərəfdən isə bu nüfuz etiraf edilir. Ermənistan həm də İran, Rusiya və Qərbə mesaj verir ki, Azərbaycanla sülhə hazırdır. Bunun üçün isə 5 baza prinsipi qəbul edilməlidir. Məhz ona görə Paşinyanın təşəkkür etməsi Ermənistan–Azərbaycan münasibətlərində beynəlxalq miqyasda ciddi dəyişikliklərin baş verdiyini göstərir”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri