Icma.az
close
up
RU
Əliyevə təxribatçı sualı verən kim idi? Paşinyan niyə bunu etdi?

Əliyevə təxribatçı sualı verən kim idi? Paşinyan niyə bunu etdi?

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələri zamanı Prezident İlham Əliyevə sual verən Stepan Safaryan Nikol Paşinyanın tərəfdarlarındandır. 2018-ci ildən sonra daha aktiv siyasi fəaliyyətə başlayan Safaryan əsasən Paşinyan hakimiyyətinin kursuna uyğun çıxışları ilə tanınır. İstisna deyil ki, Safaryanı Münhenə göndərən və Əliyevə verilən sualları hazırlayan Ermənistan hakimiyyətidir. Sualların mahiyyəti də bunu deməyə əsas verir.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı bildirib.

“Erməni ekspert Azərbaycan prezidentindən iki məsələni soruşur, daha dəqiq desək, mövqe irəli sürür:

Birincisi, Ermənistanın mövcud konstitusiyasının yekun sülh müqaviləsinin imzalanmasına maneə olmamasıdır. Safaryan iddia edir ki, Azərbaycanı narahat edən Ermənistanın Müstəqillik Bəyannaməsi artıq qüvvədə deyil, bununla bağlı Konstitusiya Məhkəməsinin qərarı olub.

İkincisi, Ermənistanın “sülh qovşağı”nı mühüm təşəbbüs kimi təqdim edir. İddia edir ki, ABŞ-ın hər iki administrasiyasının (Bayden dəstəkləsə də, Tramp administrasiyasının yanaşması fərqli olub) dəstəklədiyi bu layihə bütün təşəbbüsləri - İpək yolu, Transxəzər, “Bir kəmər bir yol” - tənzimləyir.

Hər iki məsələ rəsmi İrəvanın “mətbəxi”ndə hazırlanıb.

- Ermənistan hakimiyyəti seçkiyə qədər yekun sülh müqaviləsini imzalamaq istəyir və iddia edir ki, mövcud konstitusiya – Bakının narazılığına səbəb olan müstəqillik bəyannaməsi sazişin imzalanmasına maneə deyil. Paşinyan da bildirdi ki, seçkidən öncə müqavilənin imzalanması məqsədi hökumətin gündəliyinə daxil edilib.

- “Sülh qovşağı”nı regional kommunikasiyanın açılmasında əsas layihə kimi qəbul etdirməyə çalışan İrəvanın iki ana hədəfi var:

a) Zəngəzur dəhlizinə bu layihə çərçivəsində daha çox nəzarət edə bilmək, “suverenlik prinsipini” gücləndirmək;

b) Cənubi Qafqazın bütün kommunikasiyasını Ermənistan üzərində birləşdirməklə regionun əsas tranzitinə çevrilmək;

Bayden Administrasiyası regional kommunikasiyanın açılmasında Paşinyanın “sülh qovşağı” təşəbbüsünə dəstək verirdi və “yanlış ata oynamaq”la itirən tərəfə çevrildi. Tramp Baydenin yanlışını təkrar etmədiyi üçün regionda qazanan tərəf oldu. TRİPP layihəsi də Bakının istəklərinin qəbul edildiyi üçün baş tutdu. Paşinyan isə TRİPP-i qəbul etsə də, bütün kommunikasiya xətlərini “sülh qovşağında birləşdirmək niyyətindən imtina etməyib və bu layihəni müxtəlif platformalarda zaman-zaman gündəmə gətirir.

Safaryanın Prezident İlham Əliyevə ünvanladığı sual/mövqe də Münhendə diqqəti “sülh qovşağı”na və Ermənistanda parlament seçkilərinə qədər sülh müqaviləsinin imzalanmasına yönəltməyə hesablanmışdı. Rəsmi İrəvan bununla beynəlxalq ictimai rəyi öz maraqları istiqamətində formalaşdırmağa çalışır.

Bu kontekstdə erməni nümayəndənin sualının təxribat xarakterli olduğu aydın görünür. Prezident İlham Əliyevin cavabı da Ermənistan hakimiyyətinin niyyətinə adekvat oldu.

Prezident “Konstitusiya məhkəməsi konstitusiyadan üstün götürülə bilməz” deməklə Ermənistan hakimiyyətinin iddialarının hüquqi baxımdan əsassız olduğunu göstərdi və mövcud konstitusiya dəyişmədən sülh sazişinin imzalanmayacağı mesajını bir daha çatdırdı. “Sülh qovşağı” ilə bağlı dediyi “Prezident Tramp vəzifəyə qayıtdıqdan sonra TRIPP layihəsini irəli sürdü, daha sonra Bayden kimi prezident gəlsə, o, sizin yol qovşağınızı yenidən gündəmə gətirəcək” sözləri isə incə diplomatiya hesab oluna bilər.

Əliyev göstərir ki, “sülh qovşağı” Baydenin layihəsidir”: bununla ABŞ Administrasiyasına Ermənistanın təşəbbüsünün problemli olduğunu çatdırır və Trampa “Paşinyan TRİPP-i qəbul etsə də, hələ də Baydenin dəstəklədiyi layihə haqda düşünür” mesajını verməklə “sülh qovşağı”na mümkün dəstəyi arxa plana keçirir”.

Asena,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Fevral 2026 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri