Paşinyan Ərdoğanla görüşür Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi
Icma.az, Azpost portalına istinadən məlumat verir.
Antalyada COP31 Liderlər Sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilir.
Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Melanya Arutyunyan məlumat verib.
Qeyd edək ki, Nikol Paşinyan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası çərçivəsində keçirilən Liderlər Sammitinin açılış mərasimində iştirak etmək üçün Antalyaya gəlib.
Əvvəlcə sammitdə iştirak edən dövlət və təşkilat rəhbərlərinin rəsmi qarşılanma mərasimi keçirilib. Liderləri BMT-nin baş katibi Antonio Quterreş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıblar.
Daha sonra açılış mərasimində BMT-nin baş katibi, Türkiyə Prezidenti, Braziliya Prezidenti Luis İnasio Lula da Silva və digər rəsmilər çıxış ediblər.
Post navigationPrevious: Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 11 Noyabr 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















