Icma.az
close
up
RU
PAŞİNYAN GEDİR... “Gallup” seçkidə gözlənilən nəticələri açıqladı

PAŞİNYAN GEDİR... “Gallup” seçkidə gözlənilən nəticələri açıqladı

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ-nin nüfuzli sorğu mərkəzi hakim partiyanın 28,8%, dörd müxalif qüvvəsinin isə birlikdə 41,5% səs toplaya biləcəyini elan etdi

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyası üçün əsas risk 50 faizdən çox səs toplaya bilməməkdir. Bu isə təkcə seçki nəticəsi deyil, bütövlükdə hakimiyyətin taleyini müəyyən edə biləcək kritik hədd hesab olunur.

Əgər seçkilər bu bazar günü keçirilsəydi, sorğuda iştirak edənlərin 28,8%-i hakim “Vətəndaş Müqaviləsi” partiyasına səs verməyə hazır olduğunu bildirib. “Güclü Ermənistan” blokuna 14,9%, “Ermənistan” blokuna 12,1%, “Çiçəklənən Ermənistan” partiyasına 8,7%, “Birlik Qanadları” partiyasına isə 5,8% dəstək ifadə olunub.

"AzPolitika"  "musavat.com"-a istinadən xəbər verir ki, bu barədə mayın 22-də jurnalistlərlə görüşdə “Gallup International Association” təşkilatının Ermənistandakı nümayəndəliyinin rəhbəri Aram Navasardyan sorğunun nəticələrini təqdim edərkən bildirib.

Beləliklə, parlamentə keçid baryerini aşan dörd müxalif qüvvə birlikdə 41,5% səs toplaya bilər, halbuki hakim partiyanın göstəricisi 28,8%-dir.

Bəllidir ki, müxalifət seçkilərdə vahid blok kimi deyil, ayrı-ayrı iştirak etmək qərarı həm risk, həm də imkan yaradır. Bu bir tərəfdən səslərin parçalanması ehtimalı var. Digər tərəfdən isə müxtəlif elektorat qruplarını cəlb etmək baxımından bu taktika daha effektiv ola bilər. Hakim partiya səslərin yarısından çoxunu toplaya bilmədikdə, müxalif qüvvələrin birləşməsi nəticəsində hakimiyyət dəyişiklikləri baş verib. “Gallup”un sorğusunun nəticələri də eyni modelin bu dəfə parlament seçkilərində təkrarlanmasını mümkün hesab edir.
Yada salaq ki, “Gallup International” bir müddət əvvəl Ermənistan ofisi seçkilərdə təxminən 60% iştirak proqnozlaşdırsa da, ekspertlər bu rəqəmi real hesab etmir. Onların fikrincə, yüksək fəallıq hakimiyyət üçün əlavə risk yarada bilər. Çünki narazı elektoratın səfərbər olması nəticələri hakim partiyanın əleyhinə dəyişə bilər.
“Gallup International Association” tərəfindən təqdim olunan rəqəmlər göstərir ki, hakim “Vətəndaş Müqaviləsi” partiyası hələ də ayrı-ayrılıqda ən güclü siyasi qüvvə olaraq qalır. 28,8% ciddi göstəricidir və bu, Nikol Paşinyan komandasının cəmiyyət daxilində hələ də müəyyən sosial dayaqlara malik olduğunu təsdiqləyir.
Lakin əsas diqqət çəkən məqam müxalifətin ümumi potensialıdır. Ayrı-ayrılıqda parçalanmış müxalif bloklar birlikdə 41,5% toplayırsa, bu, real siyasi alternativin mövcudluğundan xəbər verir. Problem isə klassikdir:

Ermənistan müxalifəti uzun illərdir vahid platforma və koordinasiya problemi yaşayır. Bu səslərin seçkiyə qədər konsolidasiya olunmaması halında, onların üstünlüyü kağız üzərində qalacaq.

Digər tərəfdən, sorğunun metodologiyası da nəzərə alınmalıdır. Cəmi 1102 nəfərlik telefon sorğusu müəyyən tendensiyanı göstərsə də, ümumi elektoratı tam əks etdirməyə bilər. Üstəlik, belə sorğularda “qəti qərar verməmiş” seçicilərin payı açıqlanmır ki, bu da nəticələrin dəyişkənliyini artırır.

Bu rəqəmlər bir tərəfdən hakimiyyətin zəifləmədiyini, digər tərəfdən isə müxalifətin potensial olaraq daha geniş sosial baza topladığını göstərir. Amma həlledici faktor yenə də siyasi təşkilatlanma, seçkiyə qədər ittifaqların qurulması və kampaniyanın effektivliyindən asılı olacaq. Ermənistan siyasətində əsas sual dəyişməz qalır: parçalanmış müxalifət real hakimiyyət alternativinə çevrilə biləcəkmi?

Sonda qeyd edək ki, “Gallup” amerikalı sosioloq George Gallup tərəfindən yaradılmış nüfuzlu ABŞ ictimai rəy institutudur. 1935-ci ildə təsis edilib, daxili və xarici siyasət məsələləri üzrə əhalinin müntəzəm sorğularını keçirir və dünyada ictimai rəyin vəziyyəti haqqında ən etibarlı məlumat mənbələrindən biri kimi beynəlxalq nüfuza malikdir.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 May 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri