Icma.az
close
up
RU
Paşinyan Türkiyəyə niyə gedir? Ekspert açıqladı

Paşinyan Türkiyəyə niyə gedir? Ekspert açıqladı

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ və ya İsrail İranın hərbi mərkəzlərinə hava zərbələri endirərlərsə, bu, bölgədə gərginliyi artıracaq. Bu zərbələrin nəticəsində İrandakı proseslərin necə cərəyan edəcəyini proqnozlaşdırmaq çətindir.

Turkustan.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib:

"İranın mühafizəkar dairələrinin nümayəndələri əvvəlki açıqlamalarında bildiriblər ki, İran ərazisinə zərbələrin endiriləcəyi halında ABŞ-nin və İsrailin bölgədəki bazalarını hədəf seçəcəklər. Bazalar adı altında ABŞ və İsrailin bölgə ölkələrindəki səfirlikləri də nəzərdə tutula bilər. Bu səbəbdən ABŞ və İsrailin bölgə ölkələrindəki səfirlikləri təhlükəsizlik tədbirlərini artırıblar.

İsrailin İrana zərbələr endirmək istəyi çoxdan bəllidir. İsrail hökuməti Vaşinqtonun icazəsini gözləyir. ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu İranla danışıqların nəticəsini gözləməyi məsləhət bilmişdi. Ancaq ABŞ və İran rəsmiləri arasında müxtəlif ölkələrdə keçirilən görüşlər nəticə verməyib. Üstəlik, İranın ali dini lideri Əli Xamenei Donald Trampın adını çəkmədən "Sən kimsən ki, bizə yol göstərirsən?" kimi Ağ Ev sahibinə mesaj göndərib.

Bu o deməkdir ki, Əli Xamenei nüvə məsələsi ilə bağlı Tehranın Vaşinqtonla razılaşmasının əleyhinədir. Mövcud durum Benyamin Netanyahunun işinə yarayır. İsrailin işinə yarayan daha bir hadisə baş verib.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İran əleyhinə qətnamə qəbul edib. Qətnamədə İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsindəki öhdəliklərini pozduğu vurğulanıb. İran təşkilat qarşısındakı öhdəlikləri yerinə yetirməyib. MAQATE-nin baş direktoru Rafael Qrossi bəyan edib ki, İran bəzi qadağan olunmuş obyektlərdə nüvə materiallarının mövcudluğu və bu materiallarla aparılan işlər barədə agentliyə məlumat verməyib.

Qrossinin "İran bir neçə nüvə bombası istehsal etməyə imkan verəcək qədər zənginləşdirilmiş urana malikdir" açıqlaması İsrailə və ABŞ-a İrana qarşı düyməyə basmaq üçün kifayət edir."

Bu arada, Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın günlərdə Türkiyəyə səfər edəcəyi xəbərinin yayılmasını İran ətrafında baş verən hadisələrlə əlaqəli hesab edirəm. İran Ermənistanın əsas müttəfiqidir. Ancaq ABŞ və İsrail İrana qarşı sərt tədbirlərə əl atarlarsa, İrəvan Tehranla münasibətləri əvvəlki səviyyədə saxlaya bilməyəcək.

Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının ləngiməsi fonunda heç olmasa Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. O, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iki ölkə arasında münasibətlərlə yanaşı, Ermənistan–Azərbaycan danışıqlarının hazırkı vəziyyətini də müzakirə etmək istəyir. Paşinyan ümid edir ki, Ankara sülh sazişinin imzalanması məqsədilə Bakının mövqeyinə təsir edəcək. Halbuki Ankaranın İrəvana ünvanladığı "Əvvəlcə Azərbaycanla məsələləri həll edin" yanaşması dəyişməyib. /BakuPost/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 İyun 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri