Icma.az
close
up
RU
Paşinyan hakimiyyəti itirsə, sülh prosesinin taleyi necə olacaq? Detallar

Paşinyan hakimiyyəti itirsə, sülh prosesinin taleyi necə olacaq? Detallar

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanda keçiriləcək parlament seçkilərinə sayılı günlər qalır. İyunun 7-də baş tutacaq səsvermə ölkənin daxili siyasi gələcəyi ilə yanaşı, regionda baş verən proseslər baxımından da diqqətlə izlənilir. Seçkilər ərəfəsində xarici qüvvələrin prosesə mümkün təsiri, eləcə də nəticələrin Ermənistan-Azərbaycan normallaşma gündəliyinə və sülh perspektivlərinə təsiri ilə bağlı müzakirələr aparılır.

Bəs Baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalmaması regionda sülh prosesinə necə təsir göstərə bilər?

Politoloq Turan Rzayev AZXEBER.COM-a açıqlamasında bildirib ki, Ermənistanın son illərdə izlədiyi xarici siyasət kursu seçkilərə kənar təsir cəhdlərini qaçılmaz edir:

"Ermənistanda keçiriləcək parlament seçkiləri həm ölkənin özü, həm də region üçün mühüm siyasi hadisədir. Ermənistanın son illərdə həyata keçirdiyi xarici siyasət seçki prosesinə xarici təsir cəhdlərini qaçılmaz edir. Bu seçkilər müəyyən mənada Gürcüstandan sonra Qərblə Rusiya arasında geosiyasi rəqabətin növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Baş nazir Nikol Paşinyan Qərbə inteqrasiya siyasəti yürüdür, ABŞ və Avropa İttifaqı ilə münasibətlərin inkişafına xüsusi önəm verir".

Politoloq qeyd edib ki, hazırkı şəraitdə Paşinyanın seçkilərdə qalib gəlmək şansı daha yüksək görünür:

"Bu müddətdə Azərbaycanla sülh prosesində müəyyən irəliləyişlər əldə olunub. Eyni zamanda, Türkiyə ilə münasibətlərin normallaşdırılması və sərhədlərin açılması istiqamətində danışıqlar davam edir. Paşinyan belə bir siyasi fonda seçkilərə qatılır. Mövcud sorğular və müşahidələr onun reytinqinin kifayət qədər yüksək olduğunu göstərir. O, cəmiyyətin mühüm hissəsinin dəstəyini qazanıb və seçki kampaniyasını effektiv şəkildə aparır. Buna görə də Paşinyanın yenidən qələbə qazanmaq ehtimalı yüksək qiymətləndirilir".

Ekspert Rusiyanın seçki prosesinə təsir imkanlarının da nəzərdən qaçırılmamalı olduğunu vurğulayıb:

"Rusiyanın seçkilərə müəyyən təsir göstərmək imkanları istisna edilmir. Moskva seçkiqabağı dövrdə müxalif qüvvələrə müxtəlif formalarda dəstək verib. Rusiyada yaşayan ermənilərin seçkilərdə iştirakı da nəticələrə təsir vasitəsi kimi istifadə oluna bilər. Bundan əlavə, Rusiya Ermənistanı iqtisadi təzyiq rıçaqları ilə, o cümlədən sanksiyalar və bəzi məhsulların idxalına məhdudiyyətlər tətbiq etmək ehtimalı ilə təhdid edir. Paşinyanın qələbəsi halında bu təzyiqlərin daha da artacağı gözlənilir. Müxalifət isə xarici müdaxilə iddialarından hakimiyyətə qarşı əsas ittiham vasitəsi kimi yararlana bilər".

Turan Rzayev bildirib ki, revanşist qüvvələrin hakimiyyətə gəlməsi sülh prosesinin tam dayanacağı anlamına gəlmir:

"Paşinyanın hakimiyyəti dövründə Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda müəyyən nəticələr əldə olunub. Mövcud şəraitdə onunla dialoq qurmaq və qarşılıqlı anlaşma əldə etmək daha asan görünür. Paşinyan əvvəlki siyasətin nəticələrini praktikada görmüş və bundan müəyyən nəticələr çıxarmış siyasətçidir. Əgər revanşist qüvvələr hakimiyyətə gəlsələr, sülh prosesi tamamilə dayanmayacaq. Lakin hazırda müşahidə olunan müsbət dinamikanın zəifləməsi və ya müəyyən müddətə dayanması ehtimalı yüksəkdir. Bu isə regionda sabitliyin möhkəmləndirilməsi prosesini ləngidə bilər".

Şahanə Ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 02 İyun 2026 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri