Paşinyan kilsəni özü seçəcək DETALLAR
Icma.az, News24 portalına istinadən məlumat verir.
Ermənistanın baş naziri Nikol Paşinyan yüksək ruhanilərlə mübarizədə əməli fəaliyyətə keçir.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, bunu erməni mediası yazıb. Bildirilir ki, Paşinyan bütün ermənilərin katolikosunu uzaqlaşdırmaq üçün koordinasiya qrupu yaratmaq niyyətindədir.
Qrupun ilk 10 üzvünü baş nazirin özü seçəcək. Bu barədə sosial şəbəkələrdə yazan baş nazir seçim meyarlarını göstərib - bizə insanlar lazımdır: İsa Məsihə bütün varlığı ilə inanırlar; həyatlarında ən azı bir dəfə Müqəddəs Kitabı əvvəldən-axıra qədər oxuyublar; son 5 ildə ən azı bir dəfə oruc tutan, hər gün dua edən. N.Paşinyanın fikrincə, “ruhun gözləri” bu kriteriyalara cavab verib-vermədiyini anlamağa kömək etməlidir.
Baş nazir artıq bir neçə gündür ki, II Qaregini subaylığı pozmaqda günahlandırır və bəyan edir ki, o, kilsənin rəhbəri postunu boşaltmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 10 İyun 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















