Icma.az
close
up
RU
Paşinyan: Hakimiyyətin bütün qolları Konstitusiyaya uyğun qurulacaq

Paşinyan: Hakimiyyətin bütün qolları Konstitusiyaya uyğun qurulacaq

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ermənistan hökuməti 2026-cı ildə ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində yenidən seçiləcəyi təqdirdə yeni konstitusiyanın qəbulu üçün ümumxalq referendumunu təşkil edəcək”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan BMT tribunasındakı çıxışında deyib.

Paşinyan, həmçinin bildirib:
“Demokratiya sahəsində əldə etdiyimiz nailiyyətləri daha institusional və xalqpərəst etmək üçün yaxın gələcəkdə növbəti addımı atmaq niyyətindəyik. 2026-cı il parlament seçkilərində bir daha xalqın mandatını aldıqdan sonra biz yeni konstitusiyanın qəbulu üçün ümumxalq referendumuna başlayacağıq, bunun nəticəsində ölkədə hakimiyyətin bütün qolları və hüquq sistemi konstitusiyaya uyğun qurulacaq. Ermənistanın dövlətçiliyini davamlı və cəmiyyət mərkəzli edən xalqdır”.

Bəs bu çıxışlardan aydın ola hansı məsələlər var?

Məsələ budur ki, görünür, paraflanmış sülh sənədi bu ilin sonu, yaxud gələn ilin ilk yarısında imzalanmayacaq.
Paşinyan referenduma iyundan sonra getməyi anons edir. Buna qədər isə tərəflər etimad mühitini daha da möhkəmləndirməli, sülh prosesini davam etdirməli, kənar müdaxilələrə imkan verməməlidir.

Paşinyanın ümumən seçkilərdə qalib gəlmək şansı çoxdur. Çünki o, məğlub müharibədən sonra da seçkiyə gedib və qələbə qazanıb. Narazılıqlar olsa da, xalqın böyük kəsminin onu istədiyi bəllidir.

Paşinyan, belə demək olarsa, seçkilərdən qabaq konstitusiyaya düzəlişi düzgün strategiya kimi görmür. O, əvvəlcə mövqeyini tam gücləndirmək niyyətindədir.

Azərbaycan üçün dəyişən xüsusi bir şey yoxdur. Qarabağda qələbə qazanmışıq, suverenliyi əldə etmişik, sülh paraflanıb. Burada tək riskli məqam isə elə Ermənistan hakimiyyətinin dəyişməsidir.

Aydın məsələdir ki, Rusiyanın gözü Ermənistandadır. Elə Qərbin də. Paşinyanın seçkidə qalib olması, əlbəttə, bizim üçün mühüm amildir.

İstənilən halda Rusiyanın Ermənistandakı hakimiyyət müdaxilə edə bilməyi əngəllər törədə bilər. Ancaq onu da nəzərə almaq lazımdır ki, Rusiya hazırda müharibə şəraitinə görə o qədər də güclü deyil. Hələlik ən yaxşı hal gözləməkdir. Bizim istəmiyimiz onsuz da yerinə yetəcəkdir.

Elmar
Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Sentyabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see297

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see212

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see207

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see177

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see169

Nazirin keçmiş müşavirinə yeni vəzifə verildi

12 Noyabr 2025 17:13see167

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see156

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see144

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see142

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see141

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see137

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see134

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see130

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see129

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see129

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri