Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Paşinyan hakimiyyətini qoruyub saxlayacaqmı?

Paşinyan hakimiyyətini qoruyub saxlayacaqmı?

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Ermənistanın baş naziri Nikol Paşinyan yaxın aylarda istefa verəcək. Belə iddia ilə Paşinyanın keçmiş silahdaşı, deputat Ovik Ağazaryan çıxış edib. O, bunu ölkədə növbədənkənar seçkilərin keçirilməsinin planlaşdırılması ilə əlaqələndirib. Ötən ilin sonuna qədər hakim komandada olan və yuxarı dairələrdə baş verənlərdən xəbərdar olan Ağazaryan hesab edir ki, cari xarici siyasi hadisələr növbədənkənar seçkilərin hakimiyyətin maraqlarına uyğun olduğu şəraiti yaradır. Onun sözlərinə görə, hazırda Paşinyanın yenidən etimad mandatı alması və öz planlarını irəli aparması üçün daha çox şansı var. "Növbədənkənar seçkilər keçirmək üçün başqa səbəblər də var" deyə Ağazaryan təfərrüatları açıqlamadan vurğulayıb.
Ehtimal ki, Ağazaryan " başqa səbəblər " dedikdə məhz xarici amilləri nəzərdə tutub. Ancaq bu məsələdən ehtiyyat edərək çox danışmayıb. Maraqlıdır ki, elə həmən gün ABŞ və Ermənistan arasında " strateji tərəfdaşlıq " haqqında saziş imzalanıb. Bu sazişlə Ermənistan faktiki olaraq ABŞ - nin himayəsi altına keçdiyini bəyan edir. Belə bir anda ölkədə növbədənkənar seçkilər haqqında bəyanatın yayılması isə bir neçə məsələdən qaynaqlana bilər. İlk növbədə, Paşinyan Rusiyaya bağlı müxalifəti zərərsizləşdirmək niyyətindədir. Keçmiş hakimiyyət nümayəndələri, Köçəryan - Sarkisyan komandasını tamamilə sıradan çıxarmaq üçün xalq dəstəyinə ehtiyac duyur. Buna görə də seçkini yeniləmək və xalqdan güc alaraq öz işini həyata keçirmək istəyir.
İkinci bir məsələ isə Ermənistanın Qərbə doğru inteqrasiya prosesinə Rusiyanın verəcəyi sərt reaksiya ilə bağlıdır. Donald Trampın prezident seçilməsindən sonra Ukraynada müharibənin dayandırılması ehtimalı böyükdür. Bundan sonra Rusiya diqqətini özünə asi çıxmış Ermənistan yönəldəcək. Paşinyan bunu yaxşı bilir. Çox böyük ehtimaldır ki, Moskva Ermənistana birbaşa müdaxilə etməyəcək, " yumşaq " güc siyasəti " dən istifadə edəcək. Daxildə Rusiyaya bağlı xeyli siyasi qüvvə var. Onların fəallaşdırılması və bu qüvvələrdən istifadə edilərək daha mütəşəkkil müxalifət hərəkatı yaradılması da mümkündür. Xüsusilə son zamanlar Rusiyadakı erməni iş adamlarının ictimai fəallığı artırması da bu prosesdən xəbər verir. Paşinyan həm də bu vəziyyəti önləmək üçün seçkini qabağa çəkə bilər. Daha bir məsələ isə erməni baş nazirin nüfuzunun hazırda yüksək olmasıdır. Rusiya ilə münasibətlərin pozulması fonunda Ermənistan iqdisadiyyatını çətin günlər gözləyir. Tramp komandası artıq xaricə yardımları azaldacağını bəyan edib.
Paşinyan hökuməti ehtiyyat edir ki, ABŞ - nin ayırdığı maliyyə yardımları Ermənistanda pisləşməkdə olan iqtisadi vəziyyətini dirçələtmək üçün kömək etməsin. Buna görə də erməni hökuməti vəziyyət daha da pisləşənə qədər seçkiləri qabağa çəkmək taktikasına əl ata bilər. Paşinyan eyni zamanda Qərbə özünü demokratik lider kimi göstərmək və inteqrasiya prosesini daha da sürətləndirmək üçün də bu yoldan istifadə edə bilər. Ermənistan hökumətində baş nazirin dəyişdirilməsi məsələsi də geniş müzakirə edilir. Seçkidən sonra yeni qurulacaq hökumətə rəhbərlik üçün əsas adı çəkilən şəxslər Baş nazirin həyat yoldaşı Anna Akopyan, Xarici İşlər naziri Ararat Mirzoyan, parlamentin sədri Alen Simonyan və Təhlükəsiz Şurasının katibi Armen Qriqoriyanın adları çəkilir. Ancaq Paşinyanın siyasi həyatda ardıcılı olması və baş nazirdən sonra iqdidar komandası da faktiki ən nüfuzlu şəxsi olması səbəbindən Ararat Mirzoyanın hökumət rəhbərlik etmək şansı digərlərindən daha çox görünür. Yeni seçkilər ABŞ - nin nəzarəti altında və şübhəsiz ki, onun maraqlarına uyğun şəkildə təşkil ediləcək. Seçkidən sonra qurulacaq hökumətdə də Vaşinqtona yaxın şəxslərin üstünlük qazanması gözləniləndir.
Zeynal Əmrəliyev, politoloq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Yanvar 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri