Icma.az
close
up
RU
Paşinyan hakimiyyətini hansı “alverlərlə” QORUYUR? Səxavət Məmməd yazır

Paşinyan hakimiyyətini hansı “alverlərlə” QORUYUR? Səxavət Məmməd yazır

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Görünməz plan İFŞA OLDU

Böyük dövlətlər Cənubi Qafqazda maraqlarını təmin etmək, region dövlətləri və hakimiyyətləri isə varlığını qorumaq üçün mübarizə aparır, addımlar atır.

44 günlük müharibənin nəticəsi olaraq regionda söz sahibi kimi Rusiya görünürdü. Çünki Azərbaycanla Ermənistan arasındakı atəşkəsi Rusiya təmin etdi və bunun mükafatı olaraq da 10 noyabr bəyanatına əsasən, sülhməramlı adı altında Qarabağa yerləşdi, sözügedən bəyanatın 9-cu bəndinə əsasən isə “Bir kəmər, bir yol” layihəsinin Zəngəzurdan keçən hissəsində nəzarəti Ermənistandan aldı.

Rusiyanın Azərbaycana və Qarabağa münasibəti tamamilə fərqli idi. Rusiya Azərbaycanla müsbət əlaqələr qursa da, Qarabağa tamamilə fərqli yanaşırdı. Azərbaycanın ən böyük uğurlarından biri də Rusiyanın Azərbaycana başqa, Qarabağa başqa baxışını dəyişdirdi. Rusiya nə zaman ki Qarabağla Azərbaycana eyni gözlə baxmağa başladı, o zaman Azərbaycan Qarabağ məsələsini kökündən həll etdi.

Ermənistan – konkretləşdirsək, Paşinyan hakimiyyətini qorunmaq üçün Qərbin dəstəyini aldı. Avropa İttifaqının mülki missiyası Azərbaycan Ermənistan sərhədinə gətirərək, əslində, ola biləcək yeni münaqişə ocağının qarşısını aldı. 8 avqust ABŞ, Azərbaycan, Ermənistan arasında imzalanan birgə bəyannamə ilə vəziyyət bir qədər də dəyişdi. Paşinyan nəinki Azərbaycanı, eləcə də Rusiyanı, İranı və ABŞ-ni də razı saldı. Necə?

İran dəfələrlə bəyanat verirdi ki, regionda sərhədlərin dəyişdirilməsi onların “qırmızı xətti”dir. Çünki İran düşünürdü, hətta əmin idi ki, Ermənistanla Azərbaycan arasında toqquşma ola və Azərbaycan güc yolu ilə Zəngəzur istiqamətini götürə bilərdi. Bəs bunun üçün müəyyən hərəkətlilik var idi? Nəinki hərəkətlilik vardı, hətta addımlar da atılmaq üzrə idi. 10 noyabr bəyanatında dəhlizin olmayacağı qeyd olunmuşdu və 8 avqust bəyannaməsi ilə bu məsələ qətiləşdi. Dolayısı ilə Paşinyan İranı da razı saldı. Nə sərhədlər dəyişdirildi, nə də dəhliz açıldı. Düzdür, İranda məsələnin mahiyyətini anlamayan bəzi məmurlar baş verənlərin əleyhinə çıxsa da, sonradan İran rəsmi olaraq bu razılaşmadan razılığını dilə gətirdi. Paşinyan Azərbaycanı da iki dəfə razı saldı. Həm 10 noyabr, həm də 8 avqust bəyannaməsində Naxçıvana “maneəsiz” quru yolu öhdəliyini götürmüş oldu.

Paşinyanın qarşısında duran əsas məsələlərdən biri də Rusiyanı razı salmaq idi. Çünki Paşinyan da bilir ki, ya 10 noyabr bəyanatından çıxmaqlarını bəyan etməlidir, ya da Rusiyaya boyun olduğunu verməlidir. Azərbaycanda bəzi özünü dahi hesab edən varlıqlar 10 noyabr bəyanatı ratifikasiya olunmayıb, keçərli deyil deyirlər. Adamların hüquqdan azca anlayışları olsaydı, bilərdilər ki, beynəlxalq müqavilələr ratifikasiya olunur, bəyanat və bəyannamələr ratifikasiya olunmur. Bəyanat və bəyannamələrdən çıxılır. Paşinyan bir neçə gün öncə açıqladı ki, ABŞ şirkəti Ermənistan ərazisindən keçəcək beynəlxalq ticarət yolunun təhlükəsizliyinə cavabdeh olmayacaq. ABŞ şirkəti yalnız marşrutda biznes idarəetməsi həyata keçirəcək. Beləliklə, Paşinyan həm Azərbaycanı, həm İranı, həm də ABŞ-ni razı salıb. Qalıb Paşinyanın yola təhlükəsizlik nəzarətini kimə verəcəyi.

Paşinyan, əgər bunu Rusiyaya versə, – hansı ki böyük ehtimalla da vermək məcburiyyətində qalacaq, çünki bunun üçün həm də öhdəliyi var. Ancaq Paşinyan bunu asanlıqla etməyəcək. O, hakimiyyətini qorumaq qarantiyasını alacağı təqdirdə, bu addımı da atacaq. Ona görə də artıq 102-ci hərbi baza ilə bağlı fəaliyyətə başlayıb. 102-ci hərbi baza ilə bağlı aksiyalar hesab edirəm ki, Paşinyan üçün alver predmetidir. Paşinyan da bilir ki, əgər Rusiyanı bir formada razı salmasa, onun üçün hakimiyyətini qoruyub saxlamaq çətin olacaq.

Təhlükəsizliklə bağlı Türkiyənin iddiaları da mövcuddur. Ancaq sənədlərə baxsaq, bu iddianın olacağı inandırıcı deyil. Ən azı “Bir kəmər, bir yol” layihəsinin böyük hissəsi Türkiyə ərazisindən keçəcək. Yəni, Türkiyə onsuzda layihənin bir parçasıdır, ona görə də Türkiyənin prosesi ləngitmək, çətinləşdirmək riskinə gedəcəyi inandırıcı deyil. Etiraf etmək lazımdır ki, prosesdən Ermənistan da qazanclı çıxdı. Çünki yol üzərində hüquq və suverenlik məsələsini qoruya, sənədləşdirə bildi.

Bura qədər insana elə gəlir ki, regionda hər şey qaydasındadır. Ancaq regionda hər şey bir göz qırpımında dəyişər. Ermənistanda hakimiyyət dəyişikliyi bütün daşları yerindən oynada bilər. Düzdür, hazırda Paşinyanın reytinqi rəqiblərinə nisbətdə yüksək olsa da, əvvəlki reytinqindən xeyli gerilədiyi də məlumdur.

Prosesin sonu olaraq ən qazanclı çıxan tərəf Azərbaycandır. Azərbaycan ərazi bütövlüyünü, suverenliyini təmin edib. Anklavlarla bağlı məsələdə heç bir dəyişiklik yoxdur. Ermənistan öhdəliyini yerinə yetirəcəyini bir daha açıqladı. Yolla bağlı da rəsmi Bakının qazanclı çıxdığını deyə bilərik. Çünki rəsmi Bakı həm 10 noyabr bəyanatına, həm də 8 avqust bəyannaməsinə “maneəsiz” sözünü yazdırıb.

Son olaraq, hesab edirəm ki, bundan sonrakı mərhələ Xəzər düyününün çözülməsi yönündə olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 Sentyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri