Icma.az
close
up
RU
Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... Politoloq

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... Politoloq

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Güclü Ermənistan Partiyasının lideri, ev həbsində olan iş adamı Samvel Karapetyan İrəvanın Azadlıq meydanında keçirilən mitinq iştirakçılarına göndərdiyi video müraciətində hakimiyyətə gələcəyi halda 300 min iş yeri yaradacağını, Rusiya ilə strateji ittifaqı bərpa edəcəyini, diaspora ilə əlaqələri gücləndirəcəyini, kilsənin rolunu yenidən artıracağını vəd edib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Samvel Karapetyan Baş nazir Nikol Paşinyanın “müxalifət hakimiyyətə gələrsə, sentyabr ayında Azərbaycanla müharibə başlayacaq” tezisinə belə cavab verib ki, o müharibəyə başlamaq fikrində deyil.

Buna baxmayaraq, Karapetyan müraciətində Azərbaycanla sülh quruculuğu, Ermənistan Konstitusiyasının dəyişdirilməsi məqsədilə referendumun keçirilməsi və “Tramp yolu” barədə heç nə deməyib, əksinə “Artsaxda etnik təmizləmə həyata keçirilib” iddiasını səsləndərib. Paşinyan haqlıdır. Samvel Karapetyan kimi birisinin hakimiyyətə gəlişi sülh quruculuğuna və bölgə ölkələri arasında əməkdaşlıq üçün yaxşı heç nə vəd etmir. Ermənistanda seçki kampaniyası bu ölkənin daxili işi olsa da, fikrimcə, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanda müxalifətdən olan namizədlərin təxribatçı açıqlamalarına reaksiya verməsinə ehtiyac var. Məsələn bəyan edilməlidir ki, Ermənistanda seçkidən sonra formalaşan hökumət sülh quruculuğundan və əvvəlki razılaşmalardan imtina edərsə, bunun həm iki ölkə arasındakı münasibətlərə mənfi təsirləri olacaq, həm də bölgədə yeni müharibə riski yaradacaq. Bu bəyanat ona görə əhəmiyyətlidir ki, Ermənistan vətəndaşları seçkidə doğru seçim etsinlər”, - politoloq vurğulayıb.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Aprel 2026 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see350

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see341

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see326

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see297

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see296

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see293

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see279

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see278

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see272

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see271

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see253

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see253

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see227

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see224

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see221

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see219

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see218

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see203

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see202

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri